Novxanı yolunda Fransa vətəndaşları qəzaya düşdülər: 6 yaşlı uşaq həlak oldu

80
1982-ci il təvəllüdlü Vəliyeva Tamella Eldəniz qızı idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə beton arakəsməyə çırpılıb

BAKI, 9 mart - Sputnik. Abşeron rayonunun Saray-Novxanı şossesində yol qəzası baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Vəliyeva Tamella Eldəniz qızı idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə beton arakəsməyə çırpılıb. Avtomobil aşıb. Nəticədə sürücü T.Vəliyeva, sərnişinlər - 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim və 2011-ci il təvəllüdlü Rabbath Selin Maria Sirli Kərim ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim dünyasını dəyişib. 

Qeyd edək ki, ölən və xəsarət alan sərnişinlər Fransa vətəndaşlarıdır.

80
Teqlər:
uşaq, yaralılar, ölən, Fransa, qəza, Novxanı

Samuxda reyddə 15 nəfər sürücü inzibati məsuliyyətə cəlb edildi

169
(Yenilənib 08:33 18.04.2021)
Reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

BAKI, 18 aprel - Sputnik. Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Reyd zamanı 15 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.

169
Qandal, arxiv şəkli

Keçmiş komitə sədri Nazim İbrahimovun qardaşı həbs olundu

9
Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

BAKI, 17 aprel - Sputnik. Bakı şəhəri Xətai rayon məhkəməsinin "STS" şirkəti, "Sahil-D Kompani" MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə "STS" şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədi ilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel 2021-ci il tarixdə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır. Sahib İbrahimov bir müddət ATV şirkətinin prezidenti olub. 

9
Koronavirus testi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı son statistika açıqlandı

0
(Yenilənib 11:20 18.04.2021)
Son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

BAKI, 18 aprel - Sputnik. Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 547 yeni yoluxma qeydə alınıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

Ölkədə indiyədək 208 520 nəfər koronavirusa yoluxub.

0