Şüşə qırıntısı, arxiv şəkli

Bakıda yüksək sürətlə tunelə girən avtomobil qəzaya düşdü, tıxac yarandı

13
(Yenilənib 23:11 09.03.2021)
“Hyundai” beton yol ayrıcına, daha sonra işıq dirəyinə çırpılaraq yolun əks tərəfinə keçib. Sürücü qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib

BAKI, 9 mart - Sputnik. Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, rayon ərazisindəki tuneldə Elnur Əhmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb. “Hyundai” beton yol ayrıcına, daha sonra işıq dirəyinə çırpılaraq yolun əks tərəfinə keçib. Sürücü E.Əhmədov qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində Ziya Bünyadov prospektində hər iki istiqamətdə tıxac yaranıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

13
Teqlər:
Nərimanov rayonu, tunel, Bakı, qəza
Bakıda hamam, arxiv şəkli

Paklanmaq istəyi cərimə həbslə bitdi

10
(Yenilənib 19:20 10.04.2021)
Hamamın sahibi Eldəniz Əzimov barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

BAKI, 10 aprel — Sputnik. Qazaxda karantin rejimini pozan hamam aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki "İsrafil Ağa" adlı hamamın sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gedərək obyekt işçiləri və müştərilərdən ibarət 6 şəxsi Polis Şöbəsinə gətiriblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Hamamın sahibi Eldəniz Əzimov barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə obyekt sahibi 10 sutka müddətinə inzibati qaydada həbs olunub.

10
Teqlər:
Qazax, karantin, hamam
Siqaret satışı, arxiv şəkli

Azyaşlılara alkoqol tütün satan şəxslər saxlanıldılar

9
(Yenilənib 17:23 10.04.2021)
Spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə protokollar tərtib olunub.

BAKI, 10 aprel — Sputnik. Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 9-da qurumun Baş İctimai Təhlükəsizlik İdarəsi, Nəsimi və Nərimanov Rayon Polis İdarələrinin əməkdaşlarının keçirdikləri növbəti belə reydlər nəticəsində köşk və mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – C.Muradov və Ü.Səlimovun barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub. Bu istiqamətdə reydlər davam etdirilir.

9
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda