Astara rayonunun Miki kəndində torpaq sürüşməsi

Azərbaycanda torpaq sürüşdü, 150 metr dərinlikdə yarğanlar açıldı

287
(Yenilənib 20:36 09.03.2021)
Təhlükəli vəziyyət 200-ə yaxın təsərrüfatı olan kənddə yaşayan sakinləri narahat edir. Sürüşmə böyük ərazini əhatə etdiyindən qarşısını almaq mümkünsüz görünür

BAKI, 9 mart - Sputnik. Astarada baş vermiş torpaq sürüşməsi 20-yə yaxın ailə üçün təhlükə yaradıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, son aylar qeyri-sabit hava şəraiti nəticəsində rayonun Şümrüd kəndində sürüşmə daha aktiv fazaya keçib. Bir neçə ev qəzalı vəziyyətə düşüb, 150 metr dərinlikdə yarğanlar əmələ gəlib.

Dəniz səviyyəsindən təxminən 600 metr yüksəklikdə yerləşən Şümrüd kəndində ötən il 9 hektar sahədə torpaq sürüşməsi baş vermişdi. İndi isə sözügedən ərazidə sürüşmələr hər gün artmaqdadır. Təhlükəli vəziyyət 200-ə yaxın təsərrüfatı olan kənddə yaşayan sakinləri narahat edir. Sürüşmə böyük ərazini əhatə etdiyindən qarşısını almaq mümkünsüz görünür. Dolanışıqları arıçılıq və heyvandarlıqdan çıxan sakinlər kəndin digər ərazisində onlar üçün evlər tikilməsini xahiş edirlər.

Məsələ ilə bağlı Astara RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi Fəqan Əhmədov APA-ya bildirib ki, hələ sürüşmənin ilkin mərhələsində Astara Rayon İcra Hakimiyyəti tərəfindən olunmuş müraciət əsasında Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin mütəxəssisləri əraziyə baxış keçiriblər:

“Verilən rəyə əsasən, Şümrüd kəndində 9 hektar torpaq sahəsində baş vermiş torpaq sürüşməsinin aktiv fazada olması qeyd olunub. Burada yaşayan əhalinin təxliyə olunması məsləhət görülüb. Burada yerləşən 18 fərdi yaşayış evindən birinin qəzalı vəziyyətdə olduğu bildirilib. Qalan evlərin texniki vəziyyəti qənaətbəxş hesab edilib. Amma hazırda sürüşmə daha da aktivləşib və burada yerləşən torpaq sahələrinin müəyyən hissəsində sürüşmə baş verib.

Nəticədə 8 fərdi yaşayış evi üçün təhlükəli vəziyyət yarandığından həmin evlərin sakinləri təxliyə edilib, qohumlarının evlərində yerləşdiriliblər. Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən olunmuş ərazidə burada yaşayan vətəndaşlar üçün yüngül konstruksiyalı modul tipli fərdi yaşayış evlərinin tikintisindən ötrü təklif irəli sürülüb və nəticəsi barədə cavab gözlənilir”.

287

Yasamal rayonunda avtomobilə atəş açılıb

222
İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

BAKI, 12 aprel - Sputnik. Bakının Yasamal rayonunda silahlı insident baş verib.

APA xəbər verir ki, hadisə Yeni Yaşamal yaşayış massivində qeydə alınıb.

Əsəd Əhmədov küçəsində 99-VH-886 dövlət nişanlı "Chevrolet" markalı avtomobilə atəş açılıb. İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

222
Нож в руке мужчины, фото из архива

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlandı

16
(Yenilənib 00:00 12.04.2021)
37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

16

Yevlax Sabirabadda ağır cinayətin qarşısı alınıb

0
(Yenilənib 10:25 12.04.2021)
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı Qarağac kənd sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 9 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Yevlaxda da toy məclisi aşkarlanıb. Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 6 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

0