BAKI, 7 mart — Sputnik. Bakıda 28 May metrostansiyası yaxınlığında bədbəxt hadisə baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, səhər saatlarında güclənən külək nəticəsində 28 May metrostansiyası yaxınlığında tikinti sahəsi ətrafına çəkilmiş dəmir konstruksiya yerindən qopub. Külək o konstruksiyanı həmin vaxt ərazidən keçən qadının başına çırpıb.
Nəticədə qadın aldığı zərbədən hadisə yerindəcə keçinib. Polisin araşdırması nəticəsində ölənin 34 yaşlı Abşeron rayon sakini Şəfəq Nemətova olduğu məlum olub.
Külək nəticəsində dəmir parçalarından biri yaxınlıqda olan avtomobilə də ziyan vurub.
Hazırda faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.
BAKI, 14 aprel - Sputnik. Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.
“Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda duran zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil ona çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan
BAKI, 14 aprel — Sputnik. Ucarda 33 yaşlı qadını bıçaqla öldürüblər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün günorta saatlarında Ucar Mərkəzi Rayon Xəstəxanasına bıçaq xəsarətləri ilə rayon sakinləri - 1985-ci il təvəllüdlü Kərimova Validə Məzahir qızı və 1988-ci il təvəllüdlü Məmmədov Qasım Fazil oğlu gətiriliblər.
Həkimlərin müdaxiləsinə baxmayaraq, Validə Kərimova xəstəxanada ölüb. Hadisənin hələlik hansı şəraitdə baş verməsi dəqiq məlum deyil.
Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.
BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir.
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.