CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda növbəti iş qəzası: Fəhlə elektrik dəzgahına düşüb

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 07.03.2021
Abunə olmaq
İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb...

BAKI, 7 mart — Sputnik. Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.

İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub. Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.

Xəbər lenti
0