BAKI, 24 fevral — Sputnik. Bakının Badamdar qəsəbəsində meyiti tapılan şəxslərdən daha 1 nəfər tələbə olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Texniki Universitetinin Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova məlumat yayıb. O qeyd edib ki, fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən daha biri, Allahverdiyev Şikar İdris oğlu da Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi idi. O, Energetika və avtomatika fakültəsinin II kurs əlaçı magistrantı olub. Şikar Allahverdiyev ali təhsilin bakalavriat səviyyəsini də AzTU-da fərqlənmə ilə bitirmişdi.
BAKI, 21 aprel - Sputnik. Bakının mərkəzində yanğın olub.
Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar. Yanğın söndürülüb.
BAKI, 20 aprel — Sputnik. İsmayıllıda polis əməkdaşları tərəfindən karantin qaydalarının pozulmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı rayonun Mican kəndi ərazisindəki evlərin birində məclis təşkil olunduğu müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib, ev sahibi Kərəm Yusubovla profilaktik söhbətlər aparıblar və onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
BAKI, 21 aprel — Sputnik. Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonu regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında və qanunsuz dövriyyəsində şübhəli bilinən Qusar rayonu Mucuq kənd sakini Nadir Şixmetov rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman oradan təmiz çəkisi 570 qram olan qurudulan marixuana, eləcə də qurudulması üçün asılan 25 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı Nadir Şixmetov barəsində Qusar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.