Qarda qəza, arxiv şəkli

Təkcə səhər 26 qəza olub: DYP rəsmisindən xəbərdarlıq - VİDEO

23
(Yenilənib 15:09 24.02.2021)
"Bu səbəbdən də xahiş edirik ki, mümkün qədər şəxsi avtomobildən istifadə etməyin, ictimai nəqliyyata üstünlük verin. Unutmayın ki, təhlükəsizliyin təmini hər bir hərəkət iştirakçısının özündən asılıdır" - Vaqif Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. "Bakı şəhərində qarlı hava şəraiti davam edir. Şaxtanın olması bəzi ərazilərdə riski artırır. Dövlət Yol Polisinin bütün şəxsi heyəti səfərbər edilərək əraziləri tam nəzarətə götürməklə xidmət təşkil edib. Yollarda təhlükəsizliyin təmin edilməsi, nəqliyyat vasitələrinin intensiv hərəkətinin təşkil edilməsi ilə bağlı Dövlət Yol Polisinin, Bakı Şəhər İcra Hakimiyyətinin və "Azəravtoyol"un texnikaları ilə birgə yolların təmizlənməsi prosesi davam etdirilir".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, bəzi ərazilər, xüsusi ilə də enişli-yoxuşlu, sərt döngəli ərazilərdə sürüşmə ehtimalı yaranır: "Bu səbəbdən də, xahiş edirik ki, mümkün qədər şəxsi avtomobildən istifadə etməyin, ictimai nəqliyyata üstünlük verin. Unutmayın ki, təhlükəsizliyin təmini hər bir hərəkət iştirakçısının özündən asılıdır".

"Səhər saatlarında maddi zərərlə nəticələnmiş 26 yol-nəqliyyat hadisəsi baş verib. Sürücülər öncədən yolun sürüşmə ehtimalının olmasını bilməli və avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılmasını sürətlər qutusu hesabına aparmalıdır.

Sürüşmə varsa, təkərlərin təzyiqini aşağı salmaqla əyləclər qutusunun hesabına hərəkət edilməlidir ki, nəqliyyat vasitəsinin sürüşməsinin qarşısı alınsın. Sürücülər yol nişanlarının tələblərinə, tənzimləyici-texniki vasitələrin göstəricilərinə düzgün riayət etməyə borcludurlar", - deyə V.Əsədov əlavə edib.

O bildirib ki, belə hava şəraitindən asılı olamayaraq sürücülər dövlət nömrə nişanları və işıq cihazlarının da təmiz saxlanılmasına şərait yaratmalıdır: "Əks halda, inzibati xəta tərkibi yaranar və bu da sürücünün məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər".

 

23
Teqlər:
video, Vaqif Əsədov, sürüşmə, qəza, qar, Bakı
Mövzu:
Bakı qarın əsarətində (30)
Yanğın şlanqı, arxiv şəkli

Bakının mərkəzində çaxnaşma: dördmərtəbəli binada yanğın oldu

16
(Yenilənib 00:19 21.04.2021)
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar.

BAKI, 21 aprel - Sputnik. Bakının mərkəzində yanğın olub.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar. Yanğın söndürülüb.

 

16
Teqlər:
yanğın, Bakı
Məclis, arxiv şəkli

Evdə "oturmaq" olmaz

8
(Yenilənib 18:55 20.04.2021)
Polis əməkdaşları gəlib, ev sahibi Kərəm Yusubovla profilaktik söhbətlər aparıblar və onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

BAKI, 20 aprel — Sputnik. İsmayıllıda polis əməkdaşları tərəfindən karantin qaydalarının pozulmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı rayonun Mican kəndi ərazisindəki evlərin birində məclis təşkil olunduğu müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib, ev sahibi Kərəm Yusubovla profilaktik söhbətlər aparıblar və onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

 

8
Teqlər:
polis, məclis, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
İsraildə marixuananın yetişdirilməsi, arxiv şəkli

Qubada narkotiklərin tüğyanı: Sakinlər marixuana, çətənə becərir

0
(Yenilənib 11:42 21.04.2021)
Narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 21 aprel — Sputnik. Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonu regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında və qanunsuz dövriyyəsində şübhəli bilinən Qusar rayonu Mucuq kənd sakini Nadir Şixmetov rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman oradan təmiz çəkisi 570 qram olan qurudulan marixuana, eləcə də qurudulması üçün asılan 25 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Nadir Şixmetov barəsində Qusar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

 

0