CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Qazax yolundakı qəza ölümlə nəticələndi

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 24.02.2021
Abunə olmaq
Fevralın 23-ü saat 16-dan etibarən Azərbaycanda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa bağlayıb. Bir çox yollar buz bağlayıb, avtomobillər qəzaya düşüb.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. Bakı-Qazax magistral yolunda baş verən zəncirvari qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev məlumat verib.

Onun sözlərinə görə, bu yolda 10-dan çox avtomobilin iştirakı ilə qəza baş verib. Nəticədə "VAZ-2107” markalı avtomobildə olan bir nəfər həlak olub: "Hələ ki qəzada ölən və yaralanan şəxslərin kimliyi  məlum deyil. Bu barədə araşdırma aparılır".

Qeyd edək ki, fevralın 23-ü saat 16-dan etibarən Azərbaycanda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa bağlayıb. Bu gün səhər paytaxtda havanın temperaturu mənfi 5 dərəcə C-yə düşüb. Bir çox yollar buz bağlayıb, avtomobillər qəzaya düşüb.

Xəbər lenti
0