BAKI, 24 fevral - Sputnik. Bakıda yaşayış binasında güclü yanğın başlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə Tbilisi prospektində qeydə alınıb. Əraziyə yanğınsöndürənlər çağırılıblar.
Hadisənin səbəbləri barədə məlumat verilmir. Ancaq güman edilir ki, alovlanma Bakıda qəflətən havanın soyuması ilə əlaqədardır.
Fevralın 23-ü saat 16-dan etibarən paytaxtda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa bağlayıb. Bu gün səhər havanın temperaturu mənfi 3 dərəcə C-yə düşüb. Bu cür hava şəraitilə əlaqədar şəhərin enerşi şəbəkəsinə yük düşür.
Emin Babayev, Sputnik Azərbaycan
BAKI, 3 mart — Sputnik. Ağdam rayonunun Novruzlu kəndi ərazisində minaya düşən Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin durumu haqda həkimi Sputnik Azərbaycan-a məlumat verib.
Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Xalid Məmmədov bildirib ki, az əvvəl Hafiz Əzimzadənin əməliyyatı uğurla başa çatıb: “Bu gün partlayış travması nəticəsində xəstə ağır vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirildi. Xəstə sağ aşağı ətrafında, baldırın aşağı üçdə bir hissəsində sümük əzələ sistemi dağılmış vəziyyətdə daxil olub. Yaranın həyat üçün təhlükə yarada biləcəyi nəzərə alınaraq, xəstənin baldırının yuxarı üçdə bir hissəsində amputasiya əməliyyatı aparıldı. Hazırda xəstə üçün reanimasiya tədbirləri davam etdirilir. Vəziyyəti ümumi orta ağır olaraq qalır”.
Qeyd edək ki, bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.
BAKI, 3 mart - Sputnik. Dağıstanın Aqraxan və Mahaçqala yaxınlığındakı "Qarışqa yuvası" körfəzlərində vəhşi quşların kütləvi surətdə qırılması qeydə alınıb.
Bu barədə RİA Novosti-yə Xəzər Təbiəti Mühafizə Mərkəzinin rəhbəri Zaur Qazipov bildirib.
Quşların leşini ilk olaraq həvəskar balıqçı Ömər Əliyev aşkarlayıb. O, sosial şəbəkədə video və foto paylaşaraq ekoloqlarla hökumət nümayəndələrinin diqqətiniu cəlb edib.
"Aqraxan körfəzində ördək və qu quşlarının kütləvi surətdə ölməsi barədə bizə məlumat daxil oldu. Sahil patrulunu, Mərkəzin alim və əməkdaşlarını, eləcədə DDU-nun Ekologiya və Davamlı İnkişaf İnstitutunun mütəxəssislərini əraziyə göndərdik. "Qarışqa yuvası"nda bir neçə cür ov quşu, ördəklərlə qu quşları ölüb. Onlardan laboratoriya analizləri üçün bioloji material götürülüb. Bir neçə versiyanı gözdən keçiririk: ya brakonyerlər vurublar, ya da zəhərlənmə, xəstəlik olub", - Qazipov deyib.
Ömər Əliyev isə hesab edir ki, səbəb suyun bulanıq olmasıdır.
"Aqraxan körfəzi həmişə şəffaf suyu ilə məşhur olub. Bir aydır ki, suyun bulanıqlığı keçmir. Pis qoxu, yaxud da suyun üzündə çirk ləkəsi yoxdur. Quş leşi həddən çoxdur. Yarımcanlar da çırpınaraq can verir. Yerli balıqçılar deyirlər ki, torları daha dərinə salmağa məcbur olublar, çünki balıqdan çox quş leşi ovlayırlar. Ovçular deyirlər ki, quşlar yağlıdır, yəni ölüm səbəbi aclıq deyil", - Əliyev deyir.