BAKI, 21 fevral - Sputnik. Bakının Xəzər rayonunda faciəli hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə elektrik yarımstansiyasının ərazisindəkı transformatorda cərəyan vurması nəticəsində ölən 2005-ci il təvəllüdlü Muradov İsmayıl Misirxan oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub.
Sputnik Azərbaycan FHN-in saytına istinadən bildirir ki, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər İ.Muradovun meyitini elektrik naqillərindən ayırıb transformatordan aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.
BAKI, 8 mart - Sputnik. Bu gün Bakıda intihar hadisəsi baş verib.
Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı Salman Fərmanov özünü çoxmərtəbəli binadan ataraq intihar edib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKI, 8 mart - Sputnik. Yanvarın son günü Kürdə batan şəxsin meyiti tapılıb.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, bu il yanvarın 31-də qurumun "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb. Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edəki, yanvarın 31-də Kürdə gəzinti qayığının çevrilməsi nəticəsində iki nəfərin boğulduğu barədə məlumat yayılmışdı. Boğulanlardan biri, 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti fevralın 3-də FHN əməkdaşları tərəfindən tapılmışdı.
BAKI, 8 mart - Sputnik. İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ölkəmizin xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Sputnik Azərbaycan-ın məlumatına gprı, bu barədə səfirlik rəsmi Twitter səhifəsində paylaşım edib.
“Azərbaycanın bütün xanımlarını, analarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xüsusi təbriklərimizi və Qarabağ müharibəsinin məğrur şəhidlərinin analarına, həyat yoldaşlarına, bacılarına və qızlarına ən səmimi təbriklərimizi çatdırırıq”, - deyə səfirliyin tvitində bildirilir.