Bakıda qarlı hava, arxiv şəkli

Fevralın 20-də gözlənilən hava şəraiti açıqlandı

24
Fevralın 20-21-də  Abşeron  yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 19 fevral — Sputnik. Sabahın hava proqnozu açıqlanıb. Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadən bildirir ki, fevralın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecəyə doğru yağışın sulu qara keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Bakıda və  Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Fevralın 20-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Fevralın 20-21-də  Abşeron  yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

24
Pəncərə yanında adam, arxiv şəkli

Bakıda kişi intihar edib

11
(Yenilənib 16:17 08.03.2021)
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı kişi özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

BAKI, 8 mart - Sputnik. Bu gün Bakıda intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı Salman Fərmanov özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

11
Teqlər:
intihar, kişi, Bakı

Yanvarın sonunda Kürdə batan şəxsin meyiti tapıldı

6
Yanvarın 31-də Kürdə gəzinti qayığının çevrilməsi nəticəsində iki nəfərin boğulduğu barədə məlumat yayılmışdı. Boğulanlardan birinin meyiti fevralın 3-də tapılmışdı.

BAKI, 8 mart - Sputnik. Yanvarın son günü Kürdə batan şəxsin meyiti tapılıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, bu il yanvarın 31-də qurumun "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb. Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edəki, yanvarın 31-də Kürdə gəzinti qayığının çevrilməsi nəticəsində iki nəfərin boğulduğu barədə məlumat yayılmışdı. Boğulanlardan biri, 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti fevralın 3-də FHN əməkdaşları tərəfindən tapılmışdı.

6

Gəncədə polis vətəndaşlara xəbərdarlıq edib

0
(Yenilənib 20:08 08.03.2021)
Dövlət Yol Polisi Şöbəsi qarlı havada təcrübəsi az olan sürücülərə avtomobili idarə etməməyi tövsiyə edib. 

BAKI, 8 mart - Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi qeyri sabit hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Dövlət Yol Polisi Şöbəsi qarlı havada təcrübəsi az olan sürücülərə avtomobili idarə etməməyi tövsiyə edib: 

"Sürücülər mövcud şəraiti nəzərə alıb, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".

Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb. DYP şöbəsindən bildirib ki, sürücülər qarlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Həmçinin sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır.

Hava şəraiti ilə bağlı şəhərdə avtomobillərin hərəkətində çətinlik qeyd alınmayıb. Yol polisin əməkdaşları şəhərin küçə və prospektlərində hərəkəti tənzimləyirlər. Hazırda qərb bölgəsində qarın yağması davam edir.

0