Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 fevral — Sputnik. "Kəskin hava şəraiti nəticəsində Daşkəsən rayonunu təmin edən elektrik təsərrüfatında yaranan problemin aradan qaldırılması istiqamətində aparılan işlər yekunlaşmaq üzrədir. Bir neçə dəqiqədən sonra rayona elektrik enerjisinin verilməsi bərpa olunacaq".
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Sputnik Azərbaycan-a açıqlamasında bu sözləri söyləyib. Qurum səlahiyyətlisi bildirib ki, hazırda yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır. Onun sözlərinə görə, kəskin qar və buzlaşma səbəbindən xətdə qəza baş verib.
Qeyd edək ki, hava şəraiti ilə bağlı Qax rayonunda da 110 k/v-luq elektrik xəttində qəza baş vermişdi. Hazırda Qaxa elektrik enerjisinin verilişi tam bərpa olunub.
BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.
Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.
Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.
BAKI, 5 mart - Sputnik. Gəncə şəhərində 11 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar Mövsümov Vasif Hüseyn oğlu (1985-ci il təvəllüdlü), Hüseynov Akif Qabil oğlu, Əliyev Ayxan Elnur oğlu (2014), İsgəndərov Nail Hamlet oğlu (1978) və Zeynalova Fatimə Kamil qızıdır (1987).
Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.