Dalğalar

Xəzərdə dalğanın hündürlüyü 4 metrə çatıb Faktiki hava

14
Şimal-qərb küləyi Naftalanda 28, Neftçalada 26, Tərtərdə 25, Gəncədə 24, Qum adasında 24, Bakıda 21, Sumqayıtda 20 m/s-dək güclənib. 

BAKI, 17 fevral — Sputnik. Fevralın 17-si saat 22:00-a olan məlumata əsasən, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Göygöl, Naftalan,  Ağdam, Oğuz, Qəbələ, Şamaxı, Mərəzə, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Göytəpə, Lənkəran, Astara, Xınalıq, Pirallahı, Maştağa, Binə, Şabran, Nabran, Ceyrançöl, Sarıbaş (Qax), Xaltan, Quba, Xaçmaz, Şəki, Qrız, Tovuz, Zaqatala, Ağstafa, Kişçay (Şəki), Qusar, Gədəbəy, Şahdağ, Daşkəsən, Gəncə, Şəmkir, Şəki, Balakəndə yağıntı müşahidə edilir, qar yağır. 

Milli Hidrometeorologiya Xidmətinindən verilən məlumata görə, şimal-qərb küləyi Naftalanda 28, Neftçalada 26, Tərtərdə 25, Gəncədə 24, Şəmkir, Salyanda 18, Xaçmaz, Şəki, Hacıqabul, Qrızda 16, Qum adasında 24, Bakıda 21, Sumqayıtda 20, Maştağa, Pirallahıda 17, Çilov adası, Neft Daşlarında 18 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4 metrə çatıb.

14
Zəncirvari qəza, arxiv şəkli

Səkkiz maşın toqquşub: Ölən yaralanan var

14
(Yenilənib 19:49 24.02.2021)
"Sürücüləri əlverişsiz havalarda nəqliyyat vasitəsindən az istifadə etməyə, sükan arxasında olarkən hava şəraitinə uyğun sürət həddini düzgün seçməyə və daha çox diqqətli olmağa çağırırıq" - DİN

BAKI, 24 fevral — Sputnik. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza barədə məlumat yayıb. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əvvəlcədən elan olunan xəbərdarlıqlara bəzi sürücülər tərəfindən əhəmiyyət verilməməsinin nəticəsidir ki, bu gün səhər saat 8 radələrində ağır yol-nəqiyyat hadisəsi baş verib. Əsas səbəb yolların qarlı və buzlu olduğu bir vaxtda təcrübəsiz və diqqətsiz sürücülərin hava şəraitinə uyğun sürət həddini seçməmələri olub.

Belə ki, Bakı-Qazax avtomobil yolunun 10-cu kilometrliyində, Qaradağ rayonu ərazisində 8 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada bir nəfər həlak olub, bir nəfər isə yaralanıb. Qəzadan sonra qeyd olunan ərazidə qısamüddətli tıxac yaransa da, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının operativ gördükləri tədbirlər nəticəsində yolda hərəkət tam bərpa edilib.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır, zəruri tədbirlər həyata keçirilir.

"Odur ki bir daha nəqliyyat vasitələrinin sahiblərinə, sürücülərə müraciət edərək onları əlverişsiz havalarda nəqliyyat vasitəsindən az istifadə etməyə, sükan arxasında olarkən hava şəraitinə uyğun sürət həddini düzgün seçməyə və daha çox diqqətli olmağa çağırırıq", - deyə nazirliyin məlumatında bildirilib.

14

Ölkədəki faktiki hava - hər yerə qar yağır

9
(Yenilənib 19:34 24.02.2021)
Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrdir.

BAKI, 24 fevral - Sputnik. Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən bildirilib ki, fevralın 24-ü saat 18:00-a olan məlumatına əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Qusar, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Sarıbaş(Qax) , Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan,  Zaqatala,  Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Nabran, Ağsu, Mingəçevir, Xaçmaz, Şəmkirə qar yağmağa davam edir.

Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrdir.

9
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0