Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaradağda 14 min manatlıq oğurluq edən şəxs tutuldu

© AFP 2023 / MARVIN RECINOSМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.02.2021
Abunə olmaq
Rayon ərazisindəki mağazaların birindən və bir avtomobildən ümumilikdə 14200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov saxlanılıb.

BAKI, 13 fevral — Sputnik. Qaradağ rayonunda mağaza və avtomobildə oğurluq hadisələri olub.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən və bir avtomobildən ümumilikdə 14200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov saxlanılıb.

Xəbər lenti
0