Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İmişlidə mağazanın seyfindən 12800 manat oğurlanıb

© Sputnik / Murad OrujovКупюра номиналом в 200 AZN, фото из архива
Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.02.2021
Abunə olmaq
Rüstəmov dindirilərkən obyektin tavanını sökərək gizli yolla mağazaya daxil olduğunu, oradakı dəmir seyfdən 12 800 manat məbləğində pulu oğurladığını etiraf edib.

BAKI, 13 fevral - Sputnik. İmişli Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən mağazaların birindəki seyfdən 12 800 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar olaraq İmişli RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkum edilmiş Hidayət Rüstəmov oğurluqda şübhəli bilinərək saxlanılıb.

H.Rüstəmov dindirilərkən obyektin tavanını sökərək gizli yolla mağazaya daxil olduğunu, oradakı dəmir seyfdən 12 800 manat məbləğində pulu oğurladığını etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər lenti
0