Şuşa, arxiv şəkli

Şuşadan alışmadığımız xəbər gəldi

41
(Yenilənib 10:10 15.02.2021)
Şuşa şəhərində ümumi sahəsi 50 m² olan ikimərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb.

BAKI, 13 fevral - Sputnik. Şuşada iki ev yanıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şuşa şəhərində ümumi sahəsi 250 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  

Bundan başqa, Şuşa şəhərində ümumi sahəsi 50 m² olan ikimərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

41
Fəxrəddin Manafov həyat yoldaşı Vahidə Sadıqova və Hacı Nuranla, arxiv şəkli

Fəxrədddin Manafovun həyat yoldaşı - Azərbaycan televiziyasının məşhur diktoru vəfat edib

6
Bu barədə teleaparıcı Hacı Nuran Hüseynov "instagram" sosial şəbəkəsindəki hesabında bildirib. O, qeyd edib ki, Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

BAKI, 3 mart — Sputnik. Azərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov "instagram" sosial şəbəkəsindəki hesabında bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Haci Nuran 🔵 (@hacinuran)

O, qeyd edib ki, Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qeyd edək ki, mərhum bir müddət öncə xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Vahidə xanım uzun illər Azərbaycan Dövlət Televiziyasında diktor işləyib. Fəxrəddin Manafov və Vahidə Sadıqova cütlüyünün övladı olmayıb.

6
 Bıçaq əlində kişi, arxiv şəkil

Bakıda 31 yaşlı qadını bıçaqladılar

23
(Yenilənib 21:54 01.03.2021)
1990-cı il təvəllüdlü Hüseynova Yaxşıxanım Fərhad qızı naməlum şəxs tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.

BAKI, 1 mart - Sputnik. Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Hüseynova Yaxşıxanım Fərhad qızı naməlum şəxs tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

23
Şadlıq sarayı, arxiv şəkli

Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub

0
Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

BAKI, 3 mart — Sputnik. Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunublar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Pavlovniya” restoranında 120 nəfərdən ibarət toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Restoran sahibi və digər 3 əməkdaşı barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Digər şəxslər ilə izahedici-profilaktiki söhbətlər aparılaraq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydaları məlumat verilərək bu kimi hallara bir daha yol verilməməsi barədə xəbərdarlıq edilib.

 

0