BAKI, 12 fevral — Sputnik. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən ana və oğlu saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakinləri Arzu Əliyeva və oğlu, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Elmir Əliyev taksi fəaliyyəti ilə məşğul olan tanışları Seymur Əliyevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə hərəkətdə olarkən şəhər ərazisində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Şəxsi axtarış zamanı A.Əliyevadan sellofan torbada satış məqsədilə saxladığı 123 qramdan artıq narkotik vasitə- heroin götürülüb. Həmin şəxslərin ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onların yaşadığı ünvana da baxış keçirilib. Oradan E.Əliyevə məxsus 30 qram heroin və kustar üsulla hazırlanmış 465 qram tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Emin Babayev, Sputnik Azərbaycan
BAKI, 3 mart — Sputnik. Ağdam rayonunun Novruzlu kəndi ərazisində minaya düşən Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin durumu haqda həkimi Sputnik Azərbaycan-a məlumat verib.
Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Xalid Məmmədov bildirib ki, az əvvəl Hafiz Əzimzadənin əməliyyatı uğurla başa çatıb: “Bu gün partlayış travması nəticəsində xəstə ağır vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirildi. Xəstə sağ aşağı ətrafında, baldırın aşağı üçdə bir hissəsində sümük əzələ sistemi dağılmış vəziyyətdə daxil olub. Yaranın həyat üçün təhlükə yarada biləcəyi nəzərə alınaraq, xəstənin baldırının yuxarı üçdə bir hissəsində amputasiya əməliyyatı aparıldı. Hazırda xəstə üçün reanimasiya tədbirləri davam etdirilir. Vəziyyəti ümumi orta ağır olaraq qalır”.
Qeyd edək ki, bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.
BAKI, 3 mart - Sputnik. Dağıstanın Aqraxan və Mahaçqala yaxınlığındakı "Qarışqa yuvası" körfəzlərində vəhşi quşların kütləvi surətdə qırılması qeydə alınıb.
Bu barədə RİA Novosti-yə Xəzər Təbiəti Mühafizə Mərkəzinin rəhbəri Zaur Qazipov bildirib.
Quşların leşini ilk olaraq həvəskar balıqçı Ömər Əliyev aşkarlayıb. O, sosial şəbəkədə video və foto paylaşaraq ekoloqlarla hökumət nümayəndələrinin diqqətiniu cəlb edib.
"Aqraxan körfəzində ördək və qu quşlarının kütləvi surətdə ölməsi barədə bizə məlumat daxil oldu. Sahil patrulunu, Mərkəzin alim və əməkdaşlarını, eləcədə DDU-nun Ekologiya və Davamlı İnkişaf İnstitutunun mütəxəssislərini əraziyə göndərdik. "Qarışqa yuvası"nda bir neçə cür ov quşu, ördəklərlə qu quşları ölüb. Onlardan laboratoriya analizləri üçün bioloji material götürülüb. Bir neçə versiyanı gözdən keçiririk: ya brakonyerlər vurublar, ya da zəhərlənmə, xəstəlik olub", - Qazipov deyib.
Ömər Əliyev isə hesab edir ki, səbəb suyun bulanıq olmasıdır.
"Aqraxan körfəzi həmişə şəffaf suyu ilə məşhur olub. Bir aydır ki, suyun bulanıqlığı keçmir. Pis qoxu, yaxud da suyun üzündə çirk ləkəsi yoxdur. Quş leşi həddən çoxdur. Yarımcanlar da çırpınaraq can verir. Yerli balıqçılar deyirlər ki, torları daha dərinə salmağa məcbur olublar, çünki balıqdan çox quş leşi ovlayırlar. Ovçular deyirlər ki, quşlar yağlıdır, yəni ölüm səbəbi aclıq deyil", - Əliyev deyir.
BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib.
Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur.
Otokar’s new mine resistant ambush protected vehicle COBRA II MRAP
— Otokar (@OtokarAS) March 3, 2021
COBRA II MRAP provides superior protection against ballistic, mine and IED threats while maintaining high cross-country mobility in battlefield conditions with its independent suspension system. pic.twitter.com/swyGDNDElJ
Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir.
Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur.