BAKI, 10 fevral - Sputnik. Fevralın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Fevralın 11-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8, gündüz 15-20, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 8-13, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz:
Fevralın 11-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
BAKI, 5 mart - Sputnik. Gəncə şəhərində 11 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar Mövsümov Vasif Hüseyn oğlu (1985-ci il təvəllüdlü), Hüseynov Akif Qabil oğlu, Əliyev Ayxan Elnur oğlu (2014), İsgəndərov Nail Hamlet oğlu (1978) və Zeynalova Fatimə Kamil qızıdır (1987).
Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 5 mart — Sputnik. "Əl- Qaidə" beynəxlaq terror təşkilatının bir qolu olan "Əş-Şabab" qruplaşmalarının üzvləri Somalinin şimal-şərqində Bosaso şəhərində həbsxananı ələ keçirib. Bu barədə Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, terrorçular həbsxana ərazisinə daxil olduqdan sonra atışma baş verib. Nəticədə səkkiz nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Terrorçular həbsxananı ələ keçirdikdən sonra dörd yüz terrorçunu oradan çıxara biliblər. Azad edilən terrorçular arasında İŞİD-çilər də olub.