Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məcburi köçkünlərin yaşadığı sanatoriyadakı yanğında ölən var - Rəsmi

© AP Photo / Noah BergerKaliforniyada vəziyyət
Kaliforniyada vəziyyət - Sputnik Azərbaycan, 1920, 08.02.2021
Abunə olmaq
Yanğın yerinin kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

BAKI, 8 fevral — Sputnik. Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli mansarda tipli yataqxana binasının ümumi sahəsi 500 kv.m olan mansardasında taxta konstruksiyalardan ibarət 1 otaq 15 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti
0