İtkin düşdüyü bildirilən Füzuli sakini Cəbrayılda minaya düşüb

30
Faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar edilib.

BAKI, 7 fevral - Sputnik. Fevralın 4-də Füzuli rayon sakini Şahin Quliyev Füzuli rayon polis şöbəsinə müraciət edərək qardaşı Mehman Quliyevin, rayon sakinləri İlqar Əhmədovun və Müstəqim Ələsgərovun itkin düşmələri barədə məlumat verib.

Cəbrayıl rayon prokurorluğun verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla fevralın 7-də İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partlaması müəyyən olunub.  

Faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar edilib.

Hazırda digər şəxslərin yerinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir. 

30
Pəncərə yanında adam, arxiv şəkli

Bakıda kişi intihar edib

10
(Yenilənib 16:17 08.03.2021)
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı kişi özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

BAKI, 8 mart - Sputnik. Bu gün Bakıda intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı Salman Fərmanov özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

10
Teqlər:
intihar, kişi, Bakı

Yanvarın sonunda Kürdə batan şəxsin meyiti tapıldı

6
Yanvarın 31-də Kürdə gəzinti qayığının çevrilməsi nəticəsində iki nəfərin boğulduğu barədə məlumat yayılmışdı. Boğulanlardan birinin meyiti fevralın 3-də tapılmışdı.

BAKI, 8 mart - Sputnik. Yanvarın son günü Kürdə batan şəxsin meyiti tapılıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, bu il yanvarın 31-də qurumun "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb. Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edəki, yanvarın 31-də Kürdə gəzinti qayığının çevrilməsi nəticəsində iki nəfərin boğulduğu barədə məlumat yayılmışdı. Boğulanlardan biri, 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti fevralın 3-də FHN əməkdaşları tərəfindən tapılmışdı.

6

Bayram bayrama qarışıb - Bakıda Beynəlxalq Qadınlar Gününün FOTOLAR-ı

0
(Yenilənib 19:35 08.03.2021)
Buludlu hava şəraitinə baxmayaraq, bu gün "Qadınlar bayramı"nı bakılılar şəhər gəzintisi, kafe və restoranlara axışmaq, bayramlaşma, hədiyyə alıb-verməklə qeyd edir. Sputnik Azərbaycan bayram gününün Bakısından fotoreportaj hazırlayıb.

Pandemiya ilə bağlı karantin dövrünün bir sıra qaydaları qüvvədə olsa da, Bakıda 8 Mart Beynəlxalq Qadınlar günü gəzintilər və bol buketlərlə qeyd olunur. Əlbəttə ki, gözəl bir gül buketi sizi ən buludlu gündə də sevindirəcək və üzünüzə təbəssüm qonduracaq. 

Ənənəvi olaraq bu gün şəhərin hər yerində əllərində sevgililəri və sevdikləri üçün gül buketləri və hədiyyələr olan kişiləri görə bilərsiz.

Küçədə çiçək və hədiyyəlik əşyalar satanlar üçün də bu gün əsl bayramdır. Çünki çoxdandır pandemiya səbəbindən toy, nişan, ad günü, bayram mərasimləri olmadığı üçün, onların alveri o qədər də yaxşı getməyib. 

Sputnik Azərbaycan oxucularını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və bayram əhval-ruhiyyəsini fotolentlə bölüşür.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il