Bakıda yağışlı hava

Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

32
(Yenilənib 11:58 07.02.2021)
Fevralın 8-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

BAKI, 7 fevral - Sputnik. Fevralın 8-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a veriləm məlumata görə şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-10, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Fevralın 8-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

32
Zəncir, arxiv şəkli

"Narkobaron Alı" ələ keçdi

5
(Yenilənib 18:29 27.02.2021)
Keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub

BAKI, 27 fevral — Sputnik. Bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Nurlan Kişiyev Nicat İmanquliyevin saxlanılması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, qeyd edilən əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyevin yaşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə “Alı” adlı şəxsdən əldə etdiyini bildirib.

Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 11 büküm satış üçün qablaşdırılan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin, Abşeron rayonunda yaşadığı mənzilindən isə 5 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb. A.Orucov ifadəsində paytaxt və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

5
Teqlər:
narkotik, polis, həbs, narkobaron
Yemək yeyən insanlar, arxiv şəkli

Gecə keyfi həbslə bitdi: dörd kişi bir qadına polis rəhm etmədi

10
(Yenilənib 14:07 27.02.2021)
Obyekti icarə əsasında işlədən - Famil Yolçuyev və müştərilər- Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba Dünyəmov və Şərafət Məmmədova saxlanılaraq RPŞ-yə gətirilib

BAKI, 27 fevral — Sputnik. Ağstafa rayonunda karantin rejimini pozan kafe aşkarlanıb. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıblar.

Obyekti icarə əsasında işlədən - Famil Yolçuyev və müştərilər- Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba DünyəmovŞərafət Məmmədova saxlanılaraq RPŞ-yə gətiriliblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə N.Abduyeva 300 manat miqdarında cərimə edilib, E.Atakişiyev 15 sutka, F.Yolçuyev 20 sutka, İ.Yolçuzadə 7 sutka, X. Dünyəmov 15 sutka, Ş.Məmmədova isə 5 sutka müddətində inzibati qaydada həbs ediliblər.

10
Teqlər:
cərimə, həbs, polis, karantin, kafe
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda COVID-19-dan ölənlərin sayı 3200-ə çatır

0
(Yenilənib 18:31 27.02.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 113,4 milyonu keçib, 2,51 milyondan çox insan isə virus səbəbilə ölüb.

BAKI, 27 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 171793-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 283 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3190-na çatıb. Xəstəlikdən sağalanların sayı 163309 nəfər olub. Hazırda bu ölkədə 4481 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 113,4 milyonu keçib, 2,51 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
statistika, Koronavirus, epidemiya, COVID-19, Ermənistan
Mövzu:
Yeni tip koronavirus pandemiyası