Salyanda ana doğuşdan sonra ölüb

33
Rayonun Dördlər kənd sakini, 1989-cu il təvəllüdlü Hümmətova Gülnarə Mahir qızı doğuş üçün fevralın 5-də xəstəxanaya daxil olub.

BAKI, 7 fevral - Sputnik. Salyanda doğuşdan sonra ana ölümü baş verib.

“Report”un məlumatına görə, hadisə Salyan Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.

Rayonun Dördlər kənd sakini, 1989-cu il təvəllüdlü Hümmətova Gülnarə Mahir qızı doğuş üçün fevralın 5-də xəstəxanaya daxil olub.

Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə qız ana bətnindən götürülüb. Lakin G.Hümmətova bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Qadının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, onun üç azyaşlı uşağı qalıb. Faktla bağlı araşdırma aparılır.

33
Məhkəmə hakiminin çəkici, arxiv şəkli

"İçəridəkiləri" çıxarmağa söz verən kişini tutdular

13
(Yenilənib 20:25 25.02.2021)
Bu "vəzifəli" kişi müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul alıb, əvəzində həbsdə olanların cəzalarının azalacağını və pensiya düzəltməyi söz verib

BAKI, 25 fevral — Sputnik. Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların hüquqlarını pozan şəxsin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Baş Prokrorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev Zaur Xudabaxış oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Zaur Babayevin özünü dövlət orqanının vəzifəli şəxsi kimi təqdim edərək ayrı-ayrı vaxtlarda cəzaçəkmə müəssisəsində saxlanılan təqsirləndirilən şəxsin cəzasının azaldılmasına, mənzilin özəlləşdirilməsinə və pensiya təyin edilməsinə köməklik göstərilməsinə dair yalan vədlər verərək guya səlahiyyətli vəzifəli şəxslərə verilməsi adı altında müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul vəsaitini alaraq dələduzluq etməsinə və vətəndaşları vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

25 fevral 2021-ci il tarixdə Zaur Babayevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

13
Qəza, arxiv şəkli

Vəzifəli şəxslər Qarabağda qəzaya düşdülər

31
Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olan zaman havanın qar və buzlu olması səbəbi ilə idarəetməni itirib və maşın yolun kənarına aşıb.

BAKI, 25 fevral — Sputnik. Tərtər rayonu ərazisində yol qəzası baş verib. Sputnik Azərbaycan-ın Report-a istinadən məlumatına görə, hadisə işğaldan azad edilmiş Suqovuşan-Talış yolunda qeydə alınıb.

Belə ki, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olan zaman havanın qar və buzlu olması səbəbi ilə idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Nəticədə A.İsmayılov və onun sərnişinləri - Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçi, baş mühasibi Nicat Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi, baş mühasibi Göyüş Muradov Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həmin şəxslər Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

31
Teqlər:
Azərbaycan, işğaldan azad edilmiş ərazilər, vəzifəli şəxs, Talış kəndi, Qarabağ, qəza
Erməni əsgərlərin dəbilqələri, arxiv şəkli

"Biz bütün hərbi əsirləri qaytarmışıq" - Prezident

0
(Yenilənib 15:41 26.02.2021)
Azərbaycan Prezidenti İlham Əliyev: "Ermənistan və digər ölkələr tərəfindən edilən istənilən spekulyasiyalar yersizdir"

BAKI, 26 fevral — Sputnik. "Müharibədən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan bütün əsirləri qaytarmışıq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Özü də biz əsirləri onların bizə qaytardığından qabaq vermişik. Bu adamlar isə bu kateqoriyaya daxil deyillər, onlar diversant və terrorçudurlar. Beləliklə, Ermənistan və digər ölkələr tərəfindən edilən istənilən spekulyasiyalar yersizdir", - Prezident vurğulayıb.

Dövlət başçısı digər diversiya qruplarının bölgəyə sızmayacağının təminatı olmadığını bildirib: "Ancaq biz işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyini yetərincə təmin edirik, müntəzəm reydlər, PUA-lar vasitəsilə, həmçinin vizual monitorinq keçiririk. Yəni vəziyyət tamamilə nəzarətimiz altındadır".

0
Teqlər:
Prezident İlham Əliyev, İlham Əliyev