Su polisi, arxiv şəkli

Bacarıqları heyrətləndirir, amma polis daha peşəkar çıxdı - VİDEO

249
(Yenilənib 17:55 06.02.2021)
Xəzər dənizinə balıq tutmaq adı ilə gedən dəstə üzvləri orada bunun əvəzində suyun altı ilə gedən kabelləri kəsərək ələ keçiriblər.

BAKI, 6 fevral — Sputnik. Su polisləri Xəzər dənizinin dibi ilə çəkilən müxtəlif təyinatlı kabelləri kəsərək oğurlayan və körpə nərə cinsli balıqları qanunsuz olaraq ovlayan şəxslərə qarşı əməliyyatlar keçirib

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Mərkəzinin Regional Şöbəsinin "Zirə" Sahil Nəzarət Bölməsinin əməkdaşları ilə birgə həyata keçirdikləri növbəti əməliyyat zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd hərəkətlərin qarşısı alınıb.

Xəzər dənizində qanunsuz ov
© AR Ministry of Ecology and Natural Resources

Qeyd edildiyi kimi, idarənin əməkdaşları Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı kabelləri kəsib satışını təşkil edən şəxslərə qarşı mübarizəni mütəmadi olaraq davam etdirir.

Belə ki, sonuncu belə tədbir zamanı Xəzər rayonu Zirə qəsəbəsi istiqamətində dəniz sahilində vətəndaşlar Elman Nəsirov, İlqar Əhmədov Mövla Dövlətov saxlanılıblar. Onlara məxsus mühərriklə təchiz edilmiş qayığa baxış zamanı həmin şəxslərin dənizdən kəsərək oğurladıqları ümumi çəkisi 200 kiloqram olan müxtəlif ölçülü və təyinatlı kabellər aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər əvvəlcə balıq tutmaq üçün müvafiq dövlət qurumlarında kvotalar əldə ediblər. Xəzər dənizinə balıq tutmaq adı ilə gedən dəstə üzvləri orada bunun əvəzində suyun altı ilə gedən kabelləri kəsərək ələ keçiriblər. Bu şəxslərə məxsus mühərriklə təmin edilmiş qayığa baxış zamanı bir dənə də olsun balığın aşkar edilməməsi onların əsl məqsədlərinin məhz sualtı kabel xətlərini oğurlamaq olduğunu deməyə əsas verir. Hazırda polis idarəsində dəstə üzvləri ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir. Su polisləri tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı bundan sonra da əməliyyat tədbirləri davam etdiriləcək.

Su Nəqliyyatında Polis İdarəsinin Brokonyerliklə Mübarizə Bölməsinin əməkdaşlarının Xəzər dənizinin Sumqayıt şəhəri Corat qəsəbəsi istiqamətində keçirdikləri növbəti tədbir zamanı isə qanunsuz balıq ovlamaqla məşğul olan Rafət Ayazov Hikmət Səmədov saxlanılıblar. Onlara məxsus asma mühərriklə təchiz edilmiş qayığa baxış zamanı Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə, eləcə də digər cinsli balıqlar aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxslərin icazələri və kvotaları olmadan müvafiq dövlət qurumları tərəfindən saylarının çoxaldılması üçün Xəzər dənizinə buraxılan körpə nərə cinsli balıqları qanunsuz tutduqları məlum olub. Aşkar edilən nərə balıqları polis əməkdaşları tərəfindən təkrar Xəzər dənizinə buraxılıb. Qanunsuz balıq ovu ilə məşğul olan Rafət Ayazov və Hikmət Səmədov barəsində qanunla nəzərədə tutulan qaydada tədbir görülüb.

Tor
© Sputnik / Murad Orujov

Su Polisləri tərəfindən həmçinin adı "Qırmızı Kitab"a düşən quşların ovlanması və ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilməsi istiqamətində də tədbirlər davam etdirilir. İdarənin inzibati ərazisinə daxil olan Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında, Sarısu, "Şahdağ" Milli Qoruğu ərazisindəki su hövzələrində, Xəzər dənizinin Siyəzən rayonu, eləcə də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan, adı "Qırmızı Kitab"a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

Onu da qeyd edək ki, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bundan sonra da Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə mütəmadi olaraq paytaxt ərazisində, eləcə də bölgələrdə yol kənarında icazələri olmadan balıq satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparacaq, qanun pozuntusuna yol verənlər barəsində müvafiq tədbirlər görəcəklər.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

249
Teqlər:
kabel oğrusu, kvota, qayıq, balıqçılar, Xəzər dənizi, oğurluq, cinayət, əməliyyat
 Bıçaq əlində kişi, arxiv şəkil

Bakıda 31 yaşlı qadını bıçaqladılar

14
(Yenilənib 21:54 01.03.2021)
1990-cı il təvəllüdlü Hüseynova Yaxşıxanım Fərhad qızı naməlum şəxs tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.

BAKI, 1 mart - Sputnik. Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Hüseynova Yaxşıxanım Fərhad qızı naməlum şəxs tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

14

Xətai rayonunda 22 yaşlı oğlan qətlə yetirilib

11
(Yenilənib 19:30 01.03.2021)
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

BAKI, 1 mart - Sputnik. Martın 1-də saat 13 radələrində paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda Əli Abbasovun yerinin müəyyən edilərək şübhəli şəxs qismində tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

11
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0