Dənizdə dalğalar, arxiv şəkli

Xəzərdə dalğanın hündürlüyü 2.2 metrə çatıb - FAKTİKİ HAVA

539
Küləyin sürəti Daşkəsəndə 25 m/s, Gəncədə 24 m/s,  Xaçmaz, Naftalanda 22 m/s, Mərəzə, Xınalıq, Ağstafada 20 m/s, Şəkidə 19 m/s, Tovuz, Yardımlı, Gədəbəydə 16 m/s, Neft Daşlarında 15 m/s-dək güclənib.

BAKI, 5 fevral - Sputnik. Ölkə ərazisində faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, fevralın 5-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində qərb küləyi əsib, arabir güclənib.

Küləyin sürəti Daşkəsəndə 25 m/s, Gəncədə 24 m/s,  Xaçmaz, Naftalanda 22 m/s, Mərəzə, Xınalıq, Ağstafada 20 m/s, Şəkidə 19 m/s, Tovuz, Yardımlı, Gədəbəydə 16 m/s, Şəmkirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Pirallahıda 20 m/s, Qum adasında 18 m/s, Binədə 17 m/s, Neft Daşlarında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.2 metrə çatıb.

539
Məhkəmə hakiminin çəkici, arxiv şəkli

"İçəridəkiləri" çıxarmağa söz verən kişini tutdular

13
(Yenilənib 20:25 25.02.2021)
Bu "vəzifəli" kişi müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul alıb, əvəzində həbsdə olanların cəzalarının azalacağını və pensiya düzəltməyi söz verib

BAKI, 25 fevral — Sputnik. Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların hüquqlarını pozan şəxsin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Baş Prokrorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev Zaur Xudabaxış oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Zaur Babayevin özünü dövlət orqanının vəzifəli şəxsi kimi təqdim edərək ayrı-ayrı vaxtlarda cəzaçəkmə müəssisəsində saxlanılan təqsirləndirilən şəxsin cəzasının azaldılmasına, mənzilin özəlləşdirilməsinə və pensiya təyin edilməsinə köməklik göstərilməsinə dair yalan vədlər verərək guya səlahiyyətli vəzifəli şəxslərə verilməsi adı altında müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul vəsaitini alaraq dələduzluq etməsinə və vətəndaşları vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

25 fevral 2021-ci il tarixdə Zaur Babayevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

13
Qəza, arxiv şəkli

Vəzifəli şəxslər Qarabağda qəzaya düşdülər

31
Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olan zaman havanın qar və buzlu olması səbəbi ilə idarəetməni itirib və maşın yolun kənarına aşıb.

BAKI, 25 fevral — Sputnik. Tərtər rayonu ərazisində yol qəzası baş verib. Sputnik Azərbaycan-ın Report-a istinadən məlumatına görə, hadisə işğaldan azad edilmiş Suqovuşan-Talış yolunda qeydə alınıb.

Belə ki, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olan zaman havanın qar və buzlu olması səbəbi ilə idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Nəticədə A.İsmayılov və onun sərnişinləri - Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçi, baş mühasibi Nicat Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi, baş mühasibi Göyüş Muradov Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həmin şəxslər Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

31
Teqlər:
Azərbaycan, işğaldan azad edilmiş ərazilər, vəzifəli şəxs, Talış kəndi, Qarabağ, qəza

Bu kədəri kimsə daşıya bilmir - Xocalı qurbanlarını anma günündən FOTOLAR

0
(Yenilənib 17:45 26.02.2021)
Bu gün minlərlə Azərbaycanlı əllərində gül dəstələri ilə Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsi önünə gedərək öz ehtiramlarını ifadə ediblər.

Bu gün Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc sakinlərə qarşı törətdikləri soyqırımının 29-cu ili tamam olur.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Bu gün minlərlə Azərbaycanlı əllərində gül dəstələri ilə Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsi önünə gedərək öz ehtiramlarını ifadə ediblər. Sputnik Azərbaycan-ın fotomüxbiri həmin duyğulu anları fotokamerasının yaddaşına köçürüb. Bu fotolara siz də baxın.

 

 

0
  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il