Xalq artisti Rəmiş (Rafiq Hüseynov), arxiv şəkli

BSM Rəmişin səhhəti ilə bağlı açıqlama yayıb

12
(Yenilənib 16:02 04.02.2021)
"Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olub. Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib".

BAKI, 4 fevral — Sputnik. Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, o, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib:

"Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olub. Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. İntensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşib, huşunda aydınlaşmışma müşahidə olunub. Hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir",-deyə məlumatda qeyd olunub.

12
Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Azərbaycanın tanınmış alimi koronavirusdan vəfat etdi

535
(Yenilənib 12:21 03.03.2021)
Tarixçi bir müddət idi ki, koronavirusa görə müalicə alırdı. O ötən ay ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

BAKI, 3 mart — Sputnik. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onun yaxın dostu Qələndər Muxtarlı məlumat verib.

Xatırladaq ki, tarixçi bir müddət idi ki, koronavirusa görə müalicə alırdı. O ötən ay ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı dipıoma bitirib və həmin fakültənin aspiranturasında saxlanılıb. Dilavər Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr nazirliyində aparıcı mütəxəssis işləyib. 1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsində çalışırdı, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi idi. Evlidir, iki övladı var.

Əzimli bir monoqrafiya, bir kitab müəllifidir.

535
Fəxrəddin Manafov həyat yoldaşı Vahidə Sadıqova və Hacı Nuranla, arxiv şəkli

Fəxrədddin Manafovun həyat yoldaşı - Azərbaycan televiziyasının məşhur diktoru vəfat edib

20
Bu barədə teleaparıcı Hacı Nuran Hüseynov "instagram" sosial şəbəkəsindəki hesabında bildirib. O, qeyd edib ki, Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

BAKI, 3 mart — Sputnik. Azərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov "instagram" sosial şəbəkəsindəki hesabında bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Haci Nuran 🔵 (@hacinuran)

O, qeyd edib ki, Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qeyd edək ki, mərhum bir müddət öncə xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Vahidə xanım uzun illər Azərbaycan Dövlət Televiziyasında diktor işləyib. Fəxrəddin Manafov və Vahidə Sadıqova cütlüyünün övladı olmayıb.

20
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Qasparyanın həbs olunmasını əmr etdi

0
(Yenilənib 15:58 03.03.2021)
Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib.

 

BAKI, 3 mart — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın həbs edilməsi barədə qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Armlur" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib.

0