Rasim Məmmədov, arxiv şəkli

Bakıda məşhur şirkətin rəhbəri həbs edildi

505
(Yenilənib 11:49 03.02.2021)
Baku Steel Company-nin rəhbəri Cinayət Məcəlləsinin 308.2-ci, 179.4 və 178.3.2-ci maddələri ilə təqsirləndirilərək həbs edilib

BAKI, 3 fevral — Sputnik. “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlu həbs edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilir ki, R.Məmmədovun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.

Başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

505
Teqlər:
DTX, "Baku Steel Company", həbs, rəhbər, şirkət, Bakı
Şəki-Qax yolunda yanğın

Ekoloji fəlakətin bir addımlığında: Şəki-Qax yolunda güclü yanğın baş verib - FOTOLAR

450
(Yenilənib 01:02 08.03.2021)
Magistral yolun kənarında olan kolluq ərazidə baş vermiş yanğın avtomobillərin gediş-gəlişində çətinliklər yaradıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

İbrahim Həşimov, Sputnik Azərbaycan.

BAKI, 7 mart – Sputnik. Şəki-Qax yolunda güclü yanğın başlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun ətrafında, Qaxın Qaşqaçay və Şəkinin Biləcik kəndlərinin sərhəd hissəsində baş verib.

Magistral yolun kənarında olan kolluq ərazidə baş vermiş yanğın avtomobillərin gediş-gəlişində çətinliklər yaradıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

  • Şəki-Qax yolunda yanğın
    © Sputnik / Ibrahim Hashimov
  • Şəki-Qax yolunda yanğın
    © Sputnik / Ibrahim Hashimov
  • Şəki-Qax yolunda yanğın
    © Sputnik / Ibrahim Hashimov
1 / 3
© Sputnik / Ibrahim Hashimov
Şəki-Qax yolunda yanğın

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib. Havanın küləkli olması alovun əhatə dairəsini artırıb. Alov təxminən 10 hektar ərazini əhatə edir.

Hal hazırda yanğın bir qədər lokallaşdırılıb və alovun söndürülməsi istiqamətində işlər aparılır. İlkin ehtimala görə, yanğın vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Əraziyə söndürülməmiş siqaret atıldığı və ya ocaq qalandığı ehtimal edilir.

Qeyd edək ki, sözügedən ərazi zəngin flora və faunaya malikdir. Yanğının davam etməsi, onun dağ-meşə massivinə doğru hərəkət etməsinə səbəb ola bilər.

 

450
Dönərxana, arxiv şəkli

On yeddi yaşlı gənc dönərxanada zəhərlənərək ölüb

32
(Yenilənib 19:14 07.03.2021)
Hadisə nəticəsində rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 7 mart - Sputnik. Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.

Hadisə nəticəsində Xaçmaz rayon Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Dünyasını dəyişən Səbuhi İsayev obyektin işçisi olub. 
Hadisə ilə bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanıb. 

32
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0