CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürdə faciə: gəzinti qayığı batıb

© Sputnik / © Sputnik / Elvin AhmadРека Кура, фото из архива
Река Кура, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Daxil olmuş çağırış əsasında Aran dalğıc axtarış qrupu qeyd olunan ərazidə batdığı ehtimal olunan şəxslərin axtarışlarına başlayıb

BAKI, 31 yanvar - Sputnik. Kür çayında gəzinti qayığı batıb.

Sputnik Azərbaycan APA-ya istinadın bildirir ki, hadisə Kür çayının Mingəçevirdən Yevlax rayonu ərazisinə uzanan hissəsində baş verib.

Daxil olmuş çağırış əsasında Aran dalğıc axtarış qrupu qeyd olunan ərazidə batdığı ehtimal olunan şəxslərin axtarışlarına başlayıb. İlkin məlumata görə, batdığı söylənən şəxslərdən biri qayıqçı, digəri gəzintiyə çıxan müştəridir. Onların Mingəçevir sakini olduğu və hadisənin qayığın çevrilməsi nəticəsində baş verdiyi bildirilir.

Xəbər lenti
0