Təcili yardım avtomobili

Hərbçi oğullarını görməyə tələsən ata-ananı əcəl apardı

160
(Yenilənib 18:44 29.01.2021)
Hərbi xidmətdə olan oğullarının yanına getmək üçün hazırlıq görən valideynlər dəm qazından zəhərlənərək vəfat ediblər

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 29 yanvar - Sputnik. Qusarın Qayakənd yaşayış məntəqəsində faciə baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qayakənd sakinləri olan ər-arvad dəm qazından boğularaq həyatlarını itiriblər. Hadisə yanvarın 28-də gecə saatlarında baş verib. Qayakənd sakini, 53 yaşlı Nail Hacıbala oğlu Məmmədov və həyat yoldaşı, 44 yaşlı Kəmalə Şıxnəbi qızı Məmmədova yaşadıqları evin hamamında çimərkən dəm qazından boğulublar. Ər-arvadın cansız bədənlərini axşam saatlarında işlədiyi mağazadan evə gələn qızları Elvina Məmmədova görüb və tez qohumlarına və polisə məlumat verib. 
Hadisə  yerində işləyən hüquq-mühafizə orqanlarının əməkdaşları ər-arvadın dəm qazından boğulmadan keçindikləri qənaətinə gəliblər.
Onu da qeyd edək ki, Məmmədovlar hərbi xidmətdə olan oğullarının yanına getmək üçün hazırlıq görürlərmiş. Bu gün oğullarının yanına gedəcəklərmiş.

160
Teqlər:
Qusar, hərbçi, boğulma, dəm qazı, valideynlər, ölüm
İldırım, arxiv şəkli

Azərbaycanda 18 yaşlı oğlanı ildırım öldürdü

16
İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb.

BAKI, 17 may - Sputnik. Samuxda bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Hacıalılı kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü Sənan Zaur oğlu Həsənov təsərrüfatda mal-qara otaran zaman onu ildırım vurub. 18 yaşlı gənc həmin an ölüb.

İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb. Digər 2 nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb.

İldırımın çaxdığı məqamda S.Həsənovun telefonla danışdığı bildirilib. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

Eləcə də oxuyun:

* Qubadakı hadisənin dəhşətli pərdəarxası: qardaşı ilə dərdləşib intihar etdi

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

16
Teqlər:
gənc, Samux, ildırım
Çay, arxiv şəkli

Qubadakı hadisənin dəhşətli pərdəarxası: qardaşı ilə dərdləşib intihar etdi

42
1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər.

BAKI, 17 may - Sputnik, Leyla Abdullayeva. Qubada iki qardaşın Qudyalçaya düşməsinin və birinin həlak olmasının təfərrüatı bəlli olub.

Sputnik Azərbaycan-ın müxbiri xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Qəçrəş yolu adlanan yaşayış massivində baş verib. Kəndin meşəlik ərazisində bir nəfər özünü hündürlükdən ataraq intihar edib. 

İlkin araşdırma nəticəsində aydın olub ki, intihar edən şəxs Quba şəhər sakini, A.Əhmədov küçəsi 21 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Ruslan Elman oğlu İsayevdir. R. İsayevin 2019-cu ildə  arvadı Firuzə Firuz qızı Aydəmirova ilə rəsmi olaraq boşandığı və keçmiş həyat yoldaşının uşağını ona göstərmədiyi bildirilir.

Bu səbəbdən ciddi narahatlıq keçirən Ruslan İsayev bu gün "Qəçrəş yolu" adlanan meşəlik ərazidə qardaşı İsa ilə dərdləşərkən özünü qəflətən hündürlükdən atıb. Ruslan İsayev aldığı xəsarətdən yerindəcə keçinib. Onun hadisədən öncə "Go" markalı spirtli enerji içkisi qəbul etdiyi də deyilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma )maddəsilə cinayət işi açılıb.

 

--------

19:34

Qubanın Qəçrəş kəndində faciəli hadisə baş verib.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub. FHN-in Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Eləcə də oxuyun: 

* Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

* Oğuzda balıq ovu ölümlə bitdi

 

42
Teqlər:
FHN, həlak, qardaşlar, çay, Quba
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski

Jirinovski: "Onların üzünə tüpürüb, daşa basacaqlar"

0
Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz!

BAKI, 18 may — Sputnik. Rusiya liberal-demokrat partiyasının (RLDP) sədri rəhbərlik etdiyi təşkilatın "siyasi səhnədə bakirə" olduğunu bəyan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, partiya sədri RLDP-nin hələ heç bir partiya ilə siyasi ittifaqa girmədiyini dilə gətirib.

""Yedinaya Rossiya" vətəndaşların qarşısına nə ilə çıxacaq? Onlardan soruşacaqlar: niyə siz heç bir şey etməmisiniz? Axı 20 ildir ki, hökumət partiyasısınız. Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz! Onların heç birinin təklif edəcəyi bir şey yoxdur. Seçicilər onların hamısına yalançı və fırıldaqçı kimi nifrət edirlər", - partiya lideri qeyd edib.

Jirinovski bildirib ki, RLDP isə təmizdir: "Əgər məişət dilində müqayisə aparsaq, RLDP siyasi səhnədə bakirədir. Biz heç kimlə nikaha, siyasi ittifaqa daxil olmamışıq. Bunların hamısı isə elə qurcuxurlar", - deyə Jirinovski bildirib.

Eləcə də oxuyun: 

* Jirinovski Rusiya prezidenti vəzifəsinin adının dəyişdirilməsini təklif edir

* Jirinovskidən xaricdə yaşayan ruslara RF pasportlarının verilməsini sadələşdirmək təklifi

* Köklərə məhdudiyyət qoyun, arıqlar yaşaya bilmirlər

 

0
Teqlər:
partiya, Rusiya, Vladimir Jirinovski