CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalandakı partlayışın müəmması davam edir: orada qaz xətti yoxmuş

© Sputnik / Murad OrujovПоследствие взрыва в Хырдалане
Последствие взрыва в Хырдалане - Sputnik Azərbaycan
Abunə olmaq
Xırdalanda ikimərtəbəli fərdi yaşayış evində partlayışdan sonra FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 2 nəfərin meyitini çıxarıblar. Hadisə ilə bağlı "Azəriqaz" da açıqlama yayıb

BAKI, 26 yanvar — Sputnik. Abşeron rayonunun Xırdalan şəhərində partlayış baş verən ikimərtəbəli evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir.

Xırdalanda evin partladığı yerdə nə baş verir – video - Sputnik Azərbaycan
VİDEO
Xırdalanda evin partladığı yerdə nə baş verir – video

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib. R.Əliyevin sözlərinə görə, hadisə yerində mütəxəssis araşdırmaları davam edir: "Ərazidə heç bir yeraltı qaz kəməri yerləşmir. Partlayış həyət evinin daxilində baş verib. Hadisənin qaz sızmasından, yaxud balon qazından baş verdiyi məlum deyil. Bununla bağlı müvafiq qurumlar araşdırma aparır. Amma orada "Azəriqaz"a aid heç bir yeraltı qaz kəməri yoxdur".

Xatırladaq ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 2 nəfərin meyitini çıxarıblar.

Xəbər lenti
0