Xırdalanda dağılmış mənzilin yaxınlığnda

Xırdalanda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi başlanıb

31
(Yenilənib 13:28 26.01.2021)
Mütəxəssis və ekspertlərin iştirakı ilə hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılaraq partlayışın baş vermə səbəbləri və dəymiş ziyanın müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam edir.

BAKI, 26 yanvar - Sputnik. Yanvarın 25-də saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə partlayışın baş verməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.  

Baş prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərkən ilkin olaraq müəyyən olunub ki, 1960-cı il təvəllüdlü Ziyafət Musayevaya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Nəsibə Zeynalova küçəsi, bina 1b ünvanında yerləşən 2 mərtəbəli evdə qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində 1988-ci il təvəllüdlü Aytən Musayevanın meyiti FHN-nin xilasediciləri tərəfindən aşkar edilib. Hazırda həmin evdə qalması ehtimal olunan mərhum Aytən Musayevanın qızı 2012-ci il təvəllüdlü Fatimə Musayevanın axtarışları davam etdirilir.  

Eyni zamanda həmin evdə yaşayan Aytən Musayevanın əri 1983-cü il təvəllüdlü Vüsal Musayev və sonuncunun oğlu - 2009-cu il təvəllüdlü Firudin Musayev, həmçinin 2006-cı il təvəllüdlü Xədicə Şükürzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Partlayış təsirindən həmçinin yaxınlıqda yerləşən digər binanın 4 sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb, orada yerləşən mənzillərə və 4 avtomobilə ziyan dəyib.

Qeyd edilən ünvanda yerləşən ikimərtəbəli fərdi yaşayış evində ağır nəticələrə səbəb olan partlayış hadisəsi baş verməsi faktına görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılmış cinayət işi 26 yanvar 2021-ci il tarixdə həmin Məcəllənin 225.3 və 308.2-ci maddələrinə tövsif edilib, Baş Prokurorluğun İstintaq idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda mütəxəssis və ekspertlərin birgə iştirakı ilə hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılaraq partlayışın baş vermə səbəbləri və partlayış nəticəsində dəymiş ziyanın müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

İş üzrə təqsiri olan şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir.

31
 Hafiz Əzimzadə

Ağdamda minaya düşən şəxsdən xəbər var - FOTO

12
(Yenilənib 22:09 03.03.2021)
Bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Ağdam rayonunun Novruzlu kəndi ərazisində minaya düşən Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin durumu haqda həkimi Sputnik Azərbaycan-a məlumat verib.

Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Xalid Məmmədov bildirib ki, az əvvəl Hafiz Əzimzadənin əməliyyatı uğurla başa çatıb: “Bu gün partlayış travması nəticəsində xəstə ağır vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirildi. Xəstə sağ aşağı ətrafında, baldırın aşağı üçdə bir hissəsində sümük əzələ sistemi dağılmış vəziyyətdə daxil olub. Yaranın həyat üçün təhlükə yarada biləcəyi nəzərə alınaraq, xəstənin baldırının yuxarı üçdə bir hissəsində amputasiya əməliyyatı aparıldı. Hazırda xəstə üçün reanimasiya tədbirləri davam etdirilir. Vəziyyəti ümumi orta ağır olaraq qalır”. 

© Sputnik / Emin Babayev
Travmatoloq Xalid Məmmədov

Qeyd edək ki, bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.

12
Teqlər:
amputasiya, əməliyyat, mina, vəzifəli şəxs, Ağdam

Dağıstanda vəhşi quşlar naməlum səbəbdən qırılır

7
(Yenilənib 19:06 03.03.2021)
Yerli balıqçılar deyirlər ki, torları daha dərinə salmağa məcbur olublar, çünki balıqdan çox quş leşi ovlayırlar

BAKI, 3 mart - Sputnik. Dağıstanın Aqraxan və Mahaçqala yaxınlığındakı "Qarışqa yuvası" körfəzlərində vəhşi quşların kütləvi surətdə qırılması qeydə alınıb.

Bu barədə RİA Novosti-yə Xəzər Təbiəti Mühafizə Mərkəzinin rəhbəri Zaur Qazipov bildirib. 

Quşların leşini ilk olaraq həvəskar balıqçı Ömər Əliyev aşkarlayıb. O, sosial şəbəkədə video və foto paylaşaraq ekoloqlarla hökumət nümayəndələrinin diqqətiniu cəlb edib.

"Aqraxan körfəzində ördək və qu quşlarının kütləvi surətdə ölməsi barədə bizə məlumat daxil oldu. Sahil patrulunu, Mərkəzin alim və əməkdaşlarını, eləcədə DDU-nun Ekologiya və Davamlı İnkişaf İnstitutunun mütəxəssislərini əraziyə göndərdik. "Qarışqa yuvası"nda bir neçə cür ov quşu, ördəklərlə qu quşları ölüb. Onlardan laboratoriya analizləri üçün bioloji material götürülüb. Bir neçə versiyanı gözdən keçiririk: ya brakonyerlər vurublar, ya da zəhərlənmə, xəstəlik olub", - Qazipov deyib.

Ömər Əliyev isə hesab edir ki, səbəb suyun bulanıq olmasıdır.

"Aqraxan körfəzi həmişə şəffaf suyu ilə məşhur olub. Bir aydır ki, suyun bulanıqlığı keçmir. Pis qoxu, yaxud da suyun üzündə çirk ləkəsi yoxdur. Quş leşi həddən çoxdur. Yarımcanlar da çırpınaraq can verir. Yerli balıqçılar deyirlər ki, torları daha dərinə salmağa məcbur olublar, çünki balıqdan çox quş leşi ovlayırlar. Ovçular deyirlər ki, quşlar yağlıdır, yəni ölüm səbəbi aclıq deyil", - Əliyev deyir.

7
Teqlər:
ov, qırılma, ölüm, quş, Dağıstan
Nazirlər Kabineti

Nazirlər Kabineti 8 Marta görə qərarında dəyişiklik etdi

3
Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

BAKI, 3 mart - Sputnik. Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür.

3
Teqlər:
ictimai nəqliyyat, 8 Mart Beynəlxalq Qadınlar Günü, karantin, qərar, Nazirlər Kabineti