Nobel prospektində şoka salan qəza - "Toyota" digər maşınları biçib - Fotolar

59
(Yenilənib 20:53 24.01.2021)
Vüsal Ağayevin idarə etməsindən çıxan maşın əvvəl "Toyota", daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.

BAKI, 24 yanvar - Sputnik. Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.

Ağayev Vüsal Əhməd oğlunun idarə etdiyi "Toyoto" markalı avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.

V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.

  • Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi
    © Photo : APA
  • Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi
    © Photo : APA
1 / 2
© Photo : APA
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

59
Pəncərə yanında adam, arxiv şəkli

Bakıda kişi intihar edib

6
(Yenilənib 16:17 08.03.2021)
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı kişi özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

BAKI, 8 mart - Sputnik. Bu gün Bakıda intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı Salman Fərmanov özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

6
Teqlər:
intihar, kişi, Bakı

Yanvarın sonunda Kürdə batan şəxsin meyiti tapıldı

5
Yanvarın 31-də Kürdə gəzinti qayığının çevrilməsi nəticəsində iki nəfərin boğulduğu barədə məlumat yayılmışdı. Boğulanlardan birinin meyiti fevralın 3-də tapılmışdı.

BAKI, 8 mart - Sputnik. Yanvarın son günü Kürdə batan şəxsin meyiti tapılıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, bu il yanvarın 31-də qurumun "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb. Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edəki, yanvarın 31-də Kürdə gəzinti qayığının çevrilməsi nəticəsində iki nəfərin boğulduğu barədə məlumat yayılmışdı. Boğulanlardan biri, 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti fevralın 3-də FHN əməkdaşları tərəfindən tapılmışdı.

5
Bəşər Əsəd və xanımı Əsma xəstəxanada. 8 avqust 2018-ci il

Bəşər Əsəd xanımı da bu mərəzə tutulub

0
(Yenilənib 18:20 08.03.2021)
“Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”.

BAKI, 8 mart - Sputnik. Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma koronavirus virusuna yoluxduqlarını söyləyiblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti Suriya prezidentinin administrasiyasına istinadən məlumat yayıb.

“Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”, - xəbərdə deyilir.

Bəşər Əsəd və həyat yoldaşının yaxşı vəziyyətdə, durumlarının stabil olduğu qeyd edilir.

0
Teqlər:
Əsma Əsəd, Suriya prezidenti Bəşər Əsəd, Bəşər Əsəd, Koronavirus, epidemiya, COVID-19