Sahilə çırpılan dalğalar, arxiv şəkli

Xəzərdə dalğanın hündürlüyü 4,2 metrə çatıb

9
(Yenilənib 13:21 21.01.2021)
Neft Daşları stansiyasının məlumatına əsasən, bu gün Xəzər dənizində dalğanın hündürlüyü 4,2 metrə çatıb.

BAKI, 21 yanvar — Sputnik. Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, yanvarın 21-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şarıbaşda (Qax) 45, Ağdərədə (Ordubad) 27, Şamaxıda 25, Daşkəsəndə 22, Şərurda 20, Kişçay (Şəki), Gədəbəy, Qusarda 18, Qəbələ, Şəki, Altıağacda 17, Lerikdə 14, Göygöldə 13, Kəlvəz, Şahbuzda 12, Quba, Qrızda 11, Yardımlıda 10, Naxçıvan, Sədərək, Mərəzədə 9, Xaçmaz, Xaltanda 7, Salyanda 6, Şahdağda 4, Oğuzda 2, Neftçala, Astarada 1 sm olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakıda 12 (aylıq normanın 51 faizi), Binədə 11 (aylıq normanın 47 faizi), Maştağada 10 (aylıq normanın 36 faizi), Pirallahıda 9 (aylıq normanın 49 faizi), Sumqayıtda 6, Çilov adasında 2, Neft Daşlarında 1 mm; Lənkəran-Astara zonasında: Astarada 17, Lerik, Biləsuvarda 14, Neftçalada 12, Lənkəranda 11, Yardımlıda 9, Kəlvəzdə 6 mm; Naxçıvan MR-da: Ordubadda 10, Şahbuzda 9, Ağdərədə (Ordubad) 5, Naxçıvanda 3, Şərurda 2 mm; Kiçik Qafqaz zonasında: Gədəbəy, Daşkəsəndə 1 mm-dək; Böyük Qafqaz zonasında: Sarıbaşda (Qax) 8, Qusarda 7, Altıağac, Oğuzda 6, Qəbələ, Şabran, Quba, Şəki, Mərəzədə 5, Xaçmaz, Kişçayda (Şəki) 3, Xaltanda 2 mm; Mərkəzi-Aran zonasında: Salyanda 12, Sabirabad, Qazıməmməddə 8, Cəfərxanda 7, Göyçay, İmişli, Kürdəmirdə 4, Zərdab, Beyləqanda 2, Bərdə, Tərtərdə 1 mm-dək olub.

Naxçıvan, Şərur, Daşkəsən, Qəbələ, Şamaxı, Mərəzə, Qrız, Göyçay, Lerik, Kişçayda (Şəki), Sarıbaş (Qax), Yevlax, Qazıməmməddə duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Neft Daşlarında 20, Sumqayıtda 19, Naftalan, Qum adasında 18, Çilov adası, Bakıda 17, Pirallahıda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatıb.

Havanın temperaturu iqlim normasından 2 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, aran rayonlarında 2, dağlıq rayonlarda 8-11, yüsək dağlıq ərazilərdə 14-20, Naxçıvan MR-da 7-11 dərəcə şaxta olub.

9
Şəki-Qax yolunda yanğın

Ekoloji fəlakətin bir addımlığında: Şəki-Qax yolunda güclü yanğın baş verib - FOTOLAR

465
(Yenilənib 01:02 08.03.2021)
Magistral yolun kənarında olan kolluq ərazidə baş vermiş yanğın avtomobillərin gediş-gəlişində çətinliklər yaradıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

İbrahim Həşimov, Sputnik Azərbaycan.

BAKI, 7 mart – Sputnik. Şəki-Qax yolunda güclü yanğın başlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun ətrafında, Qaxın Qaşqaçay və Şəkinin Biləcik kəndlərinin sərhəd hissəsində baş verib.

Magistral yolun kənarında olan kolluq ərazidə baş vermiş yanğın avtomobillərin gediş-gəlişində çətinliklər yaradıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

  • Şəki-Qax yolunda yanğın
    © Sputnik / Ibrahim Hashimov
  • Şəki-Qax yolunda yanğın
    © Sputnik / Ibrahim Hashimov
  • Şəki-Qax yolunda yanğın
    © Sputnik / Ibrahim Hashimov
1 / 3
© Sputnik / Ibrahim Hashimov
Şəki-Qax yolunda yanğın

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib. Havanın küləkli olması alovun əhatə dairəsini artırıb. Alov təxminən 10 hektar ərazini əhatə edir.

Hal hazırda yanğın bir qədər lokallaşdırılıb və alovun söndürülməsi istiqamətində işlər aparılır. İlkin ehtimala görə, yanğın vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Əraziyə söndürülməmiş siqaret atıldığı və ya ocaq qalandığı ehtimal edilir.

Qeyd edək ki, sözügedən ərazi zəngin flora və faunaya malikdir. Yanğının davam etməsi, onun dağ-meşə massivinə doğru hərəkət etməsinə səbəb ola bilər.

 

465
Dönərxana, arxiv şəkli

On yeddi yaşlı gənc dönərxanada zəhərlənərək ölüb

32
(Yenilənib 19:14 07.03.2021)
Hadisə nəticəsində rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 7 mart - Sputnik. Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.

Hadisə nəticəsində Xaçmaz rayon Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Dünyasını dəyişən Səbuhi İsayev obyektin işçisi olub. 
Hadisə ilə bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanıb. 

32
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0