CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanğını ram etmək çox çətindir: Hirkandan VİDEOgörüntülər

© Sputnik / Rahim MuradovHirkan Milli Parkında yanğın
Hirkan Milli Parkında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğınla mübarizəyə FHN-in "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb olunub, bəzi yerlərdə yanğınsöndürənlər kürəklə işləyirlər

BAKI, 16 yanvar - Sputnik. Astara rayonu ərazisində, Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin edilib. Yanğının davam etdiyi digər istiqamətdə isə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə relyef şəraitinin mürəkkəbliyi, habelə havanın küləkli olması mane olur. Bununla belə, yanğının daha geniş əraziyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunublar.

Xəbər lenti
0