Qandal

Balakəndə mağazalara qənim kəsilən oğru tutulub

23
(Yenilənib 14:57 13.01.2021)
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

BAKI, 13 yanvar — Sputnik. Balakəndə dekabrın 2-dən yanvar ayının 10-dək olan müddət ərzində şəhər ərazisində yerləşən ümumilikdə 13 obyektdən oğurluq və ya oğurluğa cəhdin olunması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, daxil olmuş müraciətlər əsasında əməliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerlərinə baxış keçirilib.

Qeyd edilən cinayət əməllərinin rayonun Qazma kənd sakini, əvvəllər məhkum olunmuş Mehdi Xəlilov tərəfindən törədilməsi müəyyən edilib. Telefon, ərzaq, elektronika, cehizlik əşyalar satılan mağazalara və kafelərə üzündə maska, əllərində əlcəklə daxil olan M.Xəlilov kassada olan pulları, eləcə də müxtəlif əşyaları götürərək oradan uzaqlaşıb. Özünə lazım olan heç nə əldə edə bilmədikdə isə obyektlərdəki əşyaları yararsız hala salıb. Həmçinin, M.Xəlilov oğurluq məqsədilə daxil olduğu iki mağazada "E-manat" və "MilliÖn" ödəmə aparatlarını sındıraraq içərisində olan 9000 manata yaxın pulu götürüb və müşahidə kamerasının yaddaş qurğusunu da özü ilə aparıb. Polis əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində ələ keçən M.Xəlilov istintaqa təhvil verilib, oğurladığı əşyalar və pulların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

23
Eldar Quliyev, arxiv şəkli

Bu gün ad gününü qeyd edən sənətkar xəstəxanalıq olub

17
(Yenilənib 16:57 18.01.2021)
Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

 

BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Bildirilib ki, hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Müalicəsi davam etdirilir.

Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.

17
Şuşa, arxiv şəkli

Şuşada beşmərtəbəli binada yanğın olub

27
(Yenilənib 10:56 18.01.2021)
Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb.

BAKI, 18 yanvar - Sputnik. Şuşa şəhərində beşmərtəbəli binanada yanğın hadisəsi baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

27
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0