Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 13 yanvar — Sputnik. Müharibədən qayıdıb ailəsi ilə görüşməyə gələn hərbçi yol qəzasında dünyasını dəyişib. Hadisə dünən axşam saatlarında Bakı-Balakən magistralının Şəki rayonundan keçən hissəsində baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Qax rayonunun Şotavar kənd sakinləri Gəncədən qayıdarkən qəzaya düşüblər. Vətən müharibəsinin iştirakçısı, 1995-ci il təvəllüdlü Məcidov Kənan Rəsul oğlu ailəsi ilə görüşməyə gələn zaman qəzada dünyasını dəyişib. Qardaşı Rəvan Məcidovun isə vəziyyəti ağırdır.
Onu da qeyd edək ki, Kənan Məcidov həm də N saylı hərbi hissənin zabiti olub.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:
“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.
Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.
Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.
Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.
BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.
Loni Willison littering the trash again.https://t.co/3BpxiKh3Hf
— Maraaz.Com (@Maraazcom) January 15, 2021
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.