BAKI, 29 dekabr — Sputnik. Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq istirahət məqsədilə rayona gələn şəxslər inzibati məsuliyyətə cəlb olunublar.
Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, şəhər ərazisində, istirahət mərkəzlərinə gedən yollarda avtomobillər yoxlanış məqsədilə polislər tərəfindən saxlanılıb. Yoxlama zamanı bəzi şəxslərin iş üçün onlara verilmiş icazələrdən sui-istifadə edərək ailəsi ilə birgə istirahətə gəldiyi məlum olub. Bəzilərinin isə qeyri-qanuni yollarla bayramqabağı rayona üz tutduqları müəyyən edilib. Onlar məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr gətirsələr də karantin rejiminin tələbləri onların diqqətinə çatdırılıb və bu tədbirlərin vətəndaşların sağlamlığının qorunması məqsədilə həyata keçirildiyi izah olunub.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar - Sputnik. Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.