Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Dünya gözəli"ni avtobus vurdu, həyatını xilas etmək mümkün olmadı

© AFP 2023 / JOEL SAGETАвтомобильная авария, фото из архива
Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Dünya gözəli" müsabiqəsinin qalibi ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, beş gün sonra dünyasını dəyişib

BAKI, 25 dekabr — Sputnik. "Dünya gözəli" müsabiqəsinin ilk argentinalı qalibi Norma Kappalyini avtobus vurub. Qadın komaya düşdükdən bir neçə gün sonra ölüb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, 81 yaşlı qadın mağazaya gedərkən qəzaya düşüb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, beş gün sonra dünyasını dəyişib.

Qeyd edək ki, Norma Qleydis Kappalyi 1960-cı ildə 21 yaşında olarkən "Dünya gözəli" müsabiqəsinin qalibi olub.

Xəbər lenti
0