Bu gün hava belədir, qar da var, yağış da

23
Şimal-qərb küləyi arabir Naftalanda 18, Bakıda və Abşeron yarımadasında: Bakıda 25, Pirallahı, Maştağada 20, Sumqayıtda 19, Binədə 18 m/s-dək güclənib.

BAKI, 24 dekabr — Sputnik. Bu gün səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, düşən yağıntının miqdarı Bakıda 28 (aylıq normanın 95 faizi), Sumqayıtda 13 (aylıq normanın 52 faizi), Maştağada 20 (aylıq normanın 59 faizi), Binədə 11 (aylıq normanın 57 faizi), Çilov adasında 3, Mərkəzi-Aran rayonlarında: Neftçalada 25 (aylıq normanın 86 faizi), Hacıqabulda 24 (aylıq normanın 107 faizi), Kürdəmirdə 20 (aylıq normanın 75 faizi), Sabirabadda 20 (aylıq normanın 85 faizi), Cəfərxanda 19 (aylıq normanın 73 faizi), Salyanda 17 (aylıq normanın 60 faizi), İmişlidə 11 (aylıq normanın 47 faizi), Göyçayda 11 (aylıq normanın 35 faizi), Zərdabda 10 (aylıq normanın 51 faizi), Beyləqanda 6, Mingəçevir, Bərdədə 3, Tərtərdə 2, Balakən-Şəki zonasında: Altıağacda 20 (aylıq normanın 60 faizi), Mərəzədə 19 (aylıq normanın 63 faizi), Oğuzda 19 (aylıq normanın 41 faizi), Sarıbaş (Qax) 18, Kişçayda (Şəki) 14, Xaltanda 10 (aylıq normanın 46 faizi), Balakən, Nabranda 10, Xınalıq, Qrızda 5, Şabran, Şahdağda 3, Qazax-Gəncə zonasında: Ağdamda 7, Şəmkirdə 5, Gəncədə 4, Tovuz, Ağstafada 3, Ceyrançöldə 1, Naxçıvan MR-da: Ağdərədə (Ordubad) 12, Şərurda 9, Ordubad, Şahbuzda 8, Naxçıvanda 5, Kiçik Qafqazda: Daşkəsən, Gədəbəydə 4, Göygöldə 3, Lənkəran-Astarada zonasında: Lerikdə 3, Yardımlı, Lənkəran, Astarada 2 mm olub.

Qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 27, Sarıbaşda (Qax) 25, Ağdərədə (Ordubad) 23, Altıağacda 21, Qrızda 17, Şahbuz, Xaltanda 14, Xınalıqda 11, Daşkəsəndə 10, Şəki, Oğuzda 5, Sədərəkdə 4, Şərur, Qəbələ, Gədəbəy, Mərəzədə 3, Şamaxı, Göygöl, Qusarda 2, Ordubadda 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalanda 18, Bakıda və Abşeron yarımadasında: Bakıda 25, Pirallahı, Maştağada 20, Sumqayıtda 19, Binədə 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Havanın temperaturu dekabrın 23-də iqlim normasından 1 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 6-10, aran rayonlarında 6-9 dərəcə isti, dağlıq rayonlarda 1-4 dərəcə şaxta, Naxçıvan MR-da 1-4 dərəcə isti, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, aran rayonlarında 2-4 dərəcə isti, dağlıq rayonlarda 5-9, Naxçıvan MR-da 1-4 dərəcə şaxta olub.

23
Eldar Quliyev, arxiv şəkli

Bu gün ad gününü qeyd edən sənətkar xəstəxanalıq olub

18
(Yenilənib 16:57 18.01.2021)
Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

 

BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Bildirilib ki, hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Müalicəsi davam etdirilir.

Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.

18
Şuşa, arxiv şəkli

Şuşada beşmərtəbəli binada yanğın olub

29
(Yenilənib 10:56 18.01.2021)
Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb.

BAKI, 18 yanvar - Sputnik. Şuşa şəhərində beşmərtəbəli binanada yanğın hadisəsi baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

29
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0