Həbsxana, arxiv şəkli

Xaricdən Azərbaycana iki yüz cinayətkar gətirilib

31
(Yenilənib 21:07 21.12.2020)
Cinayətkar şəxslər Azərbaycana gətirilərkən tranzit dövlətlərin razılığının alınması üçün nazirlik tərəfindən qısa müddətdə zəruri tədbirlər görülür. Bu baxımdan xüsusi qeyd olunmalıdır ki, qardaş Türkiyə tərəfindən ölkəmizə daim böyük dəstək göstərilir

BAKI, 21 dekabr — Sputnik. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin, qanunçuluğun və təhlükəsizliyin təmin olunması, xüsusilə cinayətkarlığın qarşısının alınması üzrə önəmli tədbirlər görülür, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə, Azərbaycan dünyada qabaqcıl dövlətlərdəndir və bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.

Ədliyyə Nazirliyi tərəfindən dünyanın 33 ölkəsi ilə hüquqi sahədə ikitərəfli sazişlər üzrə, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar, eləcə də digər qitələrin ölkələri ilə 40-dan çox ikitərəfli müqavilələr üzrə ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım və digər sahələrdə səmərəli əməkdaşlıq həyata keçirilir. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, cari ildə COVID-19 qlobal pandemiyası ilə əlaqədar ölkələrə giriş-çıxışa məhdudiyyətlərin tətbiqi, kommunikasiyanın çətinləşməsi ekstradisiya sahəsində rəsmi sənədlərin əsllərinin çatdırılmasında problemlər yaradır.

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən xarici həmkarlarla məsləhətləşmələr aparılaraq ekstradisiya sorğularının elektron qaydada qəbul olunması və qısa müddətdə baxılması barədə razılığa gəlinib.

Ekstradisiya məsələsinə baxılarkən, həmçinin sorğu olunan şəxslərin insan hüquqlarının qorunmasına, penitensiar müəssisələrdə saxlanma şəraitinə və tibbi təminatına xüsusi diqqət yetirilir, bəzi hallarda isə bu sahədə vəziyyətlə yerində tanış olunur.

Qeyd olunub ki, təkcə bu il ərzində beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. ölkələrdən Ədliyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə ölkəmizə ekstradisiya edilməsi təmin olunub.

Bu günlərdə isə Cinayət Məcəlləsinin 263.3-cü (iki şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilərək beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyasına nail olunaraq, o, nazirlik tərəfindən ölkəmizə gətirilib.

Cinayətkar şəxslər Azərbaycana gətirilərkən tranzit dövlətlərin razılığının alınması üçün nazirlik tərəfindən qısa müddətdə zəruri tədbirlər görülür. Bu baxımdan xüsusi qeyd olunmalıdır ki, qardaş Türkiyə tərəfindən ölkəmizə daim böyük dəstək göstərilir.

Ümumilikdə isə ötən 5 il ərzində 200 nəfərədək cinayətkar şəxslərin Azərbaycana ekstradisiyası təmin olunub.

Bununla da cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.

31
Teqlər:
Ədliyyə Nazirliyi, Azərbaycan, cinayətkar, cinayət, ekstradisiya
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

12
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

12
Polis

Adam öldürməkdə ittiham edilən adam bu dəfə 36 kq narkotiklə yaxalandı

9
(Yenilənib 18:55 16.01.2021)
Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb

BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

9
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

22
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

22
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət