Yevlaxda hadisə yerində

Daşıdığı yükü mənzil başına çatdıra bilmədi, qəzaya düşdü, sərnişini öldü

23
(Yenilənib 11:52 13.12.2020)
Yevlaxda iki yük avtomobilinin toqquşması zamanı 35 yaşlı paytaxt sakini Firuzə Cabbarova dünyasını dəyişib.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 dekabr — Sputnik. Gecə yarısı Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində Yol-nəqliyyat hadisəsi qeydə alınıb.

© Sputnik / Rahim Mammadov
Yevlaxda qəza

Sputnik Azərbaycan-ın məlumatına görə, xarici ölkə vətəndaşının idarə etdiyi "Mersedes" (TIR) markalı yük maşınına, Azərbaycan vətəndaşının sürücüsü olduğu eyni markalı mebel yüklü maşın çırpılıb.

Qəza zamanı sonuncu avtomobildə sərnişin olan 35 yaşlı paytaxt sakini Firuzə Cabbarova dünyasını dəyişib.

© Sputnik / Rahim Mammadov
Yevlaxda qəza

Qeyd edək ki, hər iki yük avtomobili Qazax istiqamətində hərəkətdə olan zaman yol qəza hadisəsi baş verib. Faktla bağlı araşdırma aparılır.

23
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

6
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

6

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

11
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

11
Hövsanda çirkli ərazi

Xəzərə tullantıların atılması azalıb

0
"ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

BAKI, 19 yanvar — Sputnik. Xəzər dənizinə tullantı sularının axıdılması halları xeyli azalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı" proqramında bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində həm Xəzərə axıdılan tullantı sularının həcmi, həm də axarların sayı azalıb: "Lakin təkcə Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kub metr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür".

O qeyd edib ki, Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib. Belə ki, regionlarda bu problem hələ qalmaqda davam edir. O, bu problemin həlli üçün strategiya təsdiqləndiyini də nəzərə çatdırıb: "ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

0