Balta, arxiv şəkli

Sabunçuda ata oğlu gəlinini baltalayıb

18
(Yenilənib 12:45 07.12.2020)
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 7 dekabr — Sputnik. Dekabrın 5-də Sabunçu rayonu ərazisində Rəşad İsmayılov və Cəmalə Babayevaya balta zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Sabunçu rayon prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Aparılmış araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Mehdi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

18
Teqlər:
gəlin, oğul, şübhəli şəxs, balta, Sabunçu
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

3
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

3

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

10
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

10
Pasport, arxiv şəkli

Şəxsiyyət vəsiqəsilə Türkiyəyə səfəri nəzərdə tutan layihə müzakirə olunacaq

0
(Yenilənib 19:39 19.01.2021)
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisə daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.

Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

0