CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda partlayış baş verib - xəsarət alanlar var

© Sputnik / Irade JELIL"Eurohome" tikinti bazarında yanğın
Eurohome tikinti bazarında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Partlayış dalğasının təsirindən binanın konstruksiyaları dağılıb, yaxınlıqda dayanan minik avtomobillərinə ziyan dəyib.

BAKI, 19 noyabr - Sputnik. Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan ikimərtəbəli binada (ofis və s. təyinatlı) yanğınla nəticələnən partlayış nəticəsində binanın fasad üzlüyü (alkopan və penoplast) 30 m² sahədə yanıb.

Sputnik Azərbaycan FHN-ə istinadla xəbər verir ki, partlayış dalğasının təsirindən binanın konstruksiyaları dağılıb, yaxınlıqda dayanan minik avtomobillərinə ziyan dəyib.

Yanğın bölmələri hadisə yerinə çatanadək iki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti
0