Təcili yardım avtomobili

Fəhlə 12-ci mərtəbədən yıxılıb öldü

13
(Yenilənib 12:50 17.11.2020)
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

BAKI, 17 noyabr — Sputnik. Noyabrın 16-da saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində Məmmədov Fərhad İsa oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, ilkin araşdırmalarla Yasamal rayonu ərazisində "Sahil-R" MTK tərəfindən tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında usta işləyən Fərhad Məmmədovun həmin binanın 12-ci mərtəbəsində qaynaq işi görən zaman yıxılaraq aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

13
Teqlər:
bədbəxt hadisə, Yasamal rayonu, fəhlə
İldırım, arxiv şəkli

Azərbaycanda 18 yaşlı oğlanı ildırım öldürdü

22
İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb.

BAKI, 17 may - Sputnik. Samuxda bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Hacıalılı kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü Sənan Zaur oğlu Həsənov təsərrüfatda mal-qara otaran zaman onu ildırım vurub. 18 yaşlı gənc həmin an ölüb.

İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb. Digər 2 nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb.

İldırımın çaxdığı məqamda S.Həsənovun telefonla danışdığı bildirilib. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

Eləcə də oxuyun:

* Qubadakı hadisənin dəhşətli pərdəarxası: qardaşı ilə dərdləşib intihar etdi

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

22
Teqlər:
gənc, Samux, ildırım
Çay, arxiv şəkli

Qubadakı hadisənin dəhşətli pərdəarxası: qardaşı ilə dərdləşib intihar etdi

82
1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər.

BAKI, 17 may - Sputnik, Leyla Abdullayeva. Qubada iki qardaşın Qudyalçaya düşməsinin və birinin həlak olmasının təfərrüatı bəlli olub.

Sputnik Azərbaycan-ın müxbiri xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Qəçrəş yolu adlanan yaşayış massivində baş verib. Kəndin meşəlik ərazisində bir nəfər özünü hündürlükdən ataraq intihar edib. 

İlkin araşdırma nəticəsində aydın olub ki, intihar edən şəxs Quba şəhər sakini, A.Əhmədov küçəsi 21 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Ruslan Elman oğlu İsayevdir. R. İsayevin 2019-cu ildə  arvadı Firuzə Firuz qızı Aydəmirova ilə rəsmi olaraq boşandığı və keçmiş həyat yoldaşının uşağını ona göstərmədiyi bildirilir.

Bu səbəbdən ciddi narahatlıq keçirən Ruslan İsayev bu gün "Qəçrəş yolu" adlanan meşəlik ərazidə qardaşı İsa ilə dərdləşərkən özünü qəflətən hündürlükdən atıb. Ruslan İsayev aldığı xəsarətdən yerindəcə keçinib. Onun hadisədən öncə "Go" markalı spirtli enerji içkisi qəbul etdiyi də deyilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma )maddəsilə cinayət işi açılıb.

 

--------

19:34

Qubanın Qəçrəş kəndində faciəli hadisə baş verib.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub. FHN-in Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Eləcə də oxuyun: 

* Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

* Oğuzda balıq ovu ölümlə bitdi

 

82
Teqlər:
FHN, həlak, qardaşlar, çay, Quba
Eldar Qasımov və Nigar Camal, arxiv şəkli

"Avroviziya-2021"-də Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adları açıqlanıb

0
(Yenilənib 12:04 18.05.2021)
Eldar və Nigar yarışmanın qaydalarına əsasən, mayın 22-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcəklər. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

BAKI, 18 may — Sputnik. İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2021" mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adlarını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri 10 il əvvəl, 2011-ci ildə 221 xalla birinci olaraq "Avroviziya"nı Azərbaycana gətirən Eldar Qasımov və Nigar Camal elan edəcəklər.

Eldar və Nigar yarışmanın qaydalarına əsasən, mayın 22-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcəklər. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

Qeyd edək ki, yarımfinal mərhələləri bu gün və mayın 20-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Samirə Efendi "Mata Hari" adlı bəstə ilə birinci yarımfinalda çıxış edəcək.

Şüarı "Open up!" olan müsabiqənin Azərbaycan üzrə şərhçiləri isə müğənni Murad Arif və aparıcı Hüsniyə Məhərrəmova olacaq.

Müsabiqə İctimai Televiziyanın efirində canlı olaraq yayımlanacaq.

0