CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göyçaylı yeniyetmə öz ad günündə faciəli şəkildə ölüb

Abunə olmaq
2005-ci il təvəllüdlü Qədirov Fərid Əhliman oğlu həmyaşıdları ilə oynayarkən ehtiyatsızlıq edərək həyətin dəmir darvazasını üstünə aşırıb.

BAKI, 15 noyabr - Sputnik. Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə dünyasını dəyişib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Çayarxı kəndində qeydə alınıb.

Rayon sakini, 2005-ci il təvəllüdlü Qədirov Fərid Əhliman oğlu həmyaşıdları ilə oynayarkən ehtiyatsızlıq edərək həyətin dəmir darvazasını üstünə aşırıb. Ağır bədən xəsarətləri alan Fərid Qədirov təcili tibbi yardım avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, dünən Fərid Qədirovun doğum günü idi, onun 15 yaşı tamam olub.

Xəbər lenti
0