Seymsoqraf

Quşadası körfəzində zəlzələ baş verdi

14
(Yenilənib 14:58 11.11.2020)
Quşadası körfəzində 4,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar 7 kilometr dərinlikdə qeydə alınıb. Hələlik təlafat barədə məlumat verilmir.

BAKI, 11 noyabr — Sputnik. Türkiyənin İzmir şəhəri yaxınlığında, Quşadası körfəzində 4.8 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən yaydığı xəbərə görə, qonşu ölkənin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Adminstrasiyası (AFAD) bununla bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, bu gün səhər saat 09:49-da İzmirin Menderes rayonundan 18 kilometr uzaqlıqda, Quşadası körfəzində 4,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar 7 kilometr dərinlikdə qeydə alınıb. Hələlik təlafat barədə məlumat verilmir.

14
FHN əməkdaşları yanğın yerində, arxiv şəkli

Bakıda yanğın baş verib, bir nəfər ölüb

10
Yanğın zamanı 1960-cı il təvəllüdlü Məcidov Ədalət Əvəz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

BAKI, 28 noyabr — Sputnik. Bakıda yanğın zamanı bir nəfər ölüb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilir ki, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 3 m² olan taxtadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1960-cı il təvəllüdlü Məcidov Ədalət Əvəz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

10
Teqlər:
Bakı, Bakıda yanğın, yanğın
Məlahət Mürşüdlü, arxiv şəkli

Tanınmış təhsil eksperti vəfat edib

10
Azad Müəllimlər Birliyinin sədri, tanınmış təhsil eksperti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru M.Mürşüdlü 72 yaşında dünyasını dəyişib.

BAKI, 28 noyabr — Sputnik. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin üzvü, ADR Hərəkatı sədrinin müavini Məlahət Mürşüdlü vəfat edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Azad Müəllimlər Birliyinin sədri, tanınmış təhsil eksperti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru M.Mürşüdlü 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Mürşüdlü 1992-ci ildə "Təhsil qanunu"nun hazırlanmasında və qəbul edilməsində fəal iştirak edib, onun təkmilləşməsinə və icrasına töhfələr verib. Məlahət Mürşüdlü 1992-ci ildən 2015-ci ilədək Müsavat partiyasının üzvü olub, Məclis üzvü seçilib, "Azadlıq " blokunun vahid namizədi kimi 2005-ci ildə keçirilən parlament seçkilərində iştirak edib. Məlahət Mürşüdlü Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının yaradıcılarından biri, 2015-ci ildən Hərəkatın İdarə Heyətinin üzvü idi.

10
Teqlər:
Məlahət Mürşüdlü, "Azad Müəllimlər" Birliyinin sədri Məlahət Mürşüdlü
Baş nazir Əli Əsədov

İşğaldan azad olunmuş ərazilərlə bağlı konsepsiya Nazirlər Kabinetində müzakirə edilib

0
Videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

 

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

0
Teqlər:
işğaldan azad edilmiş ərazilər, baş nazir, Əli Əsədov, Nazirlər Kabineti