Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yunan tankeri ilə türk balıqçı gəmisi toqquşdu, ölənlər var

© AP Photo / J. David AkeРыбак, фото из архива
Рыбак, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saatlarında Aralıq dənizində, sahildən 15 mil uzaqlıqda baş verən hadisə nəticəsində itkin düşmüş beş nəfərdən dördünün cəsədi tapılıb. 

BAKI, 11 noyabr — Sputnik. Yunanıstan bayrağı altında üzən bir tanker Aralıq dənizində türk balıqçı gəmisi ilə toqquşub. Sputnik Azərbaycan-ın Anadolu agentliyinə istinadən yaydığı xəbərə görə, aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə nəticəsində itkin düşmüş beş nəfərdən dördünün cəsədi tapılıb, bir nəfərin axtarışı isə hələ davam etdirilir.

Türkiyənin Sahil Mühafizə Komandirliyindən bildirilib ki, hadisə bu gün səhər saat 05:50-də Adananın Karataş rayonu ərazisində, sahildən 15 mil uzaqlıqda baş verib. Dərhal həmin əraziyə Sahil Mühafizə Komandirliyinə məxsus 3 xilasetmə qayığı və bir dalğıc komandası göndərilib. 

Xəbər lenti
0