Köhnə lift, arxiv şəkli

Bakıda FHN iki azyaşlını xilas etdi

9
(Yenilənib 11:25 07.11.2020)
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən azyaşlıların liftdən çıxarılması təmin edilib

BAKI, 7 noyabr — Sputnik. Bakı şəhərinin Nərimanov və Binəqədi rayonları üzrə iki azyaşlı lifdə qalıb. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidməti dərhal çağırış ünvanlarına cəlb olunub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən azyaşlıların liftdən çıxarılması təmin edilib.

9
Teqlər:
uşaqlar, lift, Bakı, FHN
 Bıçaq əlində kişi, arxiv şəkil

Bakıda 31 yaşlı qadını bıçaqladılar

11
(Yenilənib 21:54 01.03.2021)
1990-cı il təvəllüdlü Hüseynova Yaxşıxanım Fərhad qızı naməlum şəxs tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.

BAKI, 1 mart - Sputnik. Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Hüseynova Yaxşıxanım Fərhad qızı naməlum şəxs tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

11

Xətai rayonunda 22 yaşlı oğlan qətlə yetirilib

9
(Yenilənib 19:30 01.03.2021)
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

BAKI, 1 mart - Sputnik. Martın 1-də saat 13 radələrində paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda Əli Abbasovun yerinin müəyyən edilərək şübhəli şəxs qismində tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

9

Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib - FOTO

0
(Yenilənib 22:50 01.03.2021)
İki gün ərzində israilli həkimlər 123 qazimizi müayinə ediblər. Onlardan 5-i artıq əməliyyat edilib, daha 20 nəfərin  əməliyyatı isə növbəti günlərdə baş tutacaq.   

BAKI, 1 mart - Sputnik. “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana  tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.  

8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.

© “YASHAT” Foundation
Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib

Həkimlər  gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirəcəklər.

İki gün ərzində israilli həkimlər 123 qazimizi müayinə ediblər. Onlardan 5-i artıq əməliyyat edilib, daha 20 nəfərin  əməliyyatı isə növbəti günlərdə baş tutacaq.

© “YASHAT” Foundation
Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

0