Bakıda yağışlı hava

Şənbə gününün hava proqnozu açıqlandı

15
(Yenilənib 14:40 06.11.2020)
Noyabrın 7-8-də Abşeron yarımadasında rütubətli hava şəraiti və mülayim xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 6 noyabr - Sputnik. Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 14-16, Bakıda gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək,nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 15-18, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 7-8-də Abşeron yarımadasında rütubətli hava şəraiti və mülayim xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

15
 Azərbaycan hərbçisi, arxiv şəkli

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli həlak olub

143
(Yenilənib 19:27 23.11.2020)
Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb.

BAKI, 23 noyabr — Sputnik. Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən polkovnik Babək Səmidli şəhid olub.

APA-nın məlumatına görə, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb.

Şəhid polkovnik sabah Göyçayda dəfn olunacaq.

Allah rəhmət eləsin!

143
Teqlər:
polkovnik, şəhid, mina
Polis əməkdaşı, arxiv şəkli

Polisə müqavimət göstərən şəxs saxlanılıb

13
(Yenilənib 15:47 23.11.2020)
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 22-də saat 18 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Goranboy rayon prokurorluğunun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla Goranboy rayonu ərazisində oğurluqla əlaqədar daxil olmuş operativ məlumat əsasında Goranboy rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Emin Şirinov və həmin bölmənin əməliyyat müvəkkili Elgün Teymurzadə hadisə yerinə çıxmaqla xidməti vəzifələrini icra edərkən rayon sakini Bevdalı Alışanovun onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Bevdalı Alışanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.  Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

13
Teqlər:
Goranboy, müqavimət, oğurluq, sakin, polis

Azərbaycanın xarici ticarət göstəriciləri

0
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

0