Qadın kişini boğur, arxiv şəkli

Ata qızını boğaraq öldürdü

89
(Yenilənib 10:30 01.11.2020)
Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 1 noyabr - Sputnik. Oktyabrın 31-də saat 21 radələrində Quba rayonu, Barlı kənd sakini, 1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhərrəm İmanquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

89
Teqlər:
qız, ata, qətl, Quba
PPX avtomobili, arxiv şəkli

Masallıda koronavirus xəstələri rayonu tərk etmək istərkən saxlanılıb

4
(Yenilənib 16:56 25.11.2020)
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

BAKI, 25 noyabr — Sputnik. Masallı və Biləsuvarda polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəxslərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Sputnik Azərbaycan-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallı şəhər sakini Nizami Allahverdiyev və onun həyat yoldaşı Mənzər Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gündə keçirdiyi müvafiq tədbirlərlə 7 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə, Səyyarə Əzizova və Aygün Qasımova isə Biləsuvar rayonunu tərk etmək istəyərkən stasionar postda saxlanılıblar.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.

4
Teqlər:
xəstə, COVID-19, Koronavirus, Masallı
Elmi mərkəzdə seysmoqraf, arxiv şəkli

Azərbaycanda zəlzələ olub - bu dəfə Kür qırağı silkələnib

9
Zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

BAKI, 25 noyabr — Sputnik. Neftçala rayonunda zəlzələ olub.

Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbərinə görə, zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

Zəlzələ hiss olunmayıb.

9
Avtobus dayanacağı, arxiv şəkli

DYP-dən dayanacaqlarla bağlı narazılıq

0
(Yenilənib 16:54 25.11.2020)
Yağış yağan kimi işıqforlar işləmir və bizim əməkdaşlara da problem yaradır. Tövsiyə edərdim ki, onların fəaliyyətinə nəzarət edilsin.

BAKI, 25 noyabr — Sputnik. "Birzolaqlı ikitərəfli yollarda ciblər təşkil olunmadan dayanacaqlar yaradılır. Bu isə digər hərəkət iştirakçılarına mane olur, həmçinin yollarda tıxac yaradır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onlayn formatdan keçirilən "Baku City Forum"da Daxili İşlər Nazirliyin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mubariz Ağayev deyib.

Onun sözlərinə görə, narahatlıq yaradan məsələlərdən biri də taksi dayancaqlarının avtobus dayanacaqlarının içərisində yerləşdirilməsidir: "Bildiyiniz kimi, hazırda metro işləmir və bu səbəndən də sərnişindaşımada əsas ağırlıq avtobusların üzərinə düşür. Təəssüf ki, bir çox hallarda avtobus sürücüləri qaydaları pozur. Avtobusların intervala riayət etməməsi, yollarda yarışa girməsi narazılığa səbəb olur. Son zamanlar intensiv yağışlar nəticəsində işıqforların işləməməsi də narahatlıq yaradır. Bu barədə vətəndaşların da şikayətləri olur. Yağış yağan kimi işıqforlar işləmir və bizim əməkdaşlara da problem yaradır. Tövsiyə edərdim ki, onların fəaliyyətinə nəzarət edilsin".

0
Teqlər:
narazılıq, dayanacaq, DYP