Qəza, arxiv şəkli

Ağdaşda ağır qəza: 3 ölü, 4 yaralı

103
Avtomobillərdə olan və adları hələ ki məlum olmayan 4 nəfər sərnişin ağır xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

BAKI, 17 oktyabr - Sputnik. Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşın Nəvətava kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala sakinlərinə məxsus "VAZ 2114" və "Chery" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri - 1990-cı il təvəllüdlü Oruc Heydərov, 1988-ci il təvəllüdlü Sadıqov Orxan Sadiq oğlu, 1990-cı il təvəllüdlü Muradov Sərxan Hacıəli oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində ölüblər. Avtomobillərdə olan və adları hələ ki məlum olmayan 4 nəfər sərnişin isə ağır xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Hadisə zamanı ölən və xəsarət alan şəxslər avtomobillərdə sıxılmış vəziyyətdə qaldıqları üçün əraziyə FHN-in Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsində yerləşən xilasetmə briqadası cəlb olunub, xüsusi kəsici alətlərdən istifadə olunaraq vətəndaşlar avtomobillərdən çıxarılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

103

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

24
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

24
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

15
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

15